Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “Qərbi Azərbaycan irsinə dair tədqiqatlar” layihəsinə 1 iyul tarixindən başlayıb. Layihə çərçivəsində Qərbi Azərbaycanın repressiya tarixini tədqiq etməklə bərabər digər sahələrində araşdırılması davam edir.
Layihə çərçivəsində SƏS TV-də 15 iyul tarixində ilk çəkiliş olub. Verilişin aparıcısı, layihə rəhbəri Əkrəm Bəydəmirli, qonaqlar Qərbi Azərbaycan İcmasaının üzvü, Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Qaramanlı, Qərbi Azərbaycanın canlı ensklopediyası, bir sıra kitabların, sənədli filmlərin müəllifi, araşdırmaçı Tahir Talıblı, rejissor isə Murad Adiloğlu idi.

Veriliş zamanı Qərbi Azərbaycan İcmasının hədəfləri, dinc qayıdış prosesi, Qərbi Azərbaycanın mədəniyyəti, təcavüzə məruz qalan intellektual mülkiyyəti, sovet rejiminin deportasiya siyasəti və digər məqamlarla bağlı geniş müzakilər aparılıb. Veriliş montaj olunduqdan sonra geniş auditoriyaya təqdim olunacaq.