İtaliyada Baş nazir Giorgia Meloninin rəhbərlik etdiyi sağçı koalisiya hökuməti yeni seçki qanunu ilə bağlı parlamentdə keçirilən həlledici səsvermədə məğlub olub.
Turkustan.az xəbər verir ki, Parlamentin aşağı palatası olan Deputatlar Palatasında hökumətin hazırladığı seçki islahatı paketi müzakirə edilərkən, qanun layihəsinin əsas müddəalarından biri səsverməyə çıxarılıb. Təklif seçkilərdə qalib gələn ittifaqa əlavə mandat bonusunun verilməsini və seçicilərə partiya siyahılarındakı namizədlər arasında üstünlük səsi vermək imkanı yaradılmasını nəzərdə tuturdu.
400 yerlik Deputatlar Palatasında gizli səsvermənin nəticələrinə görə, 187 deputat təklifin lehinə, 188 deputat isə əleyhinə səs verib. Beləliklə, hökumətin təklifi cəmi bir səs fərqi ilə rədd edilib.
Səsvermədən sonra müxalifət hökuməti sərt tənqid edərək növbədənkənar seçkilərin keçirilməsini tələb edib.
Baş nazir Giorgia Meloni isə nəticəni şərh edərək deyib: "Hətta hakim çoxluq daxilində belə, çoxlu səs itirdik. Bu barədə düşünməliyik. Çalışdıq, amma bataqlıq yenə qalib gəldi. Bu, italyanlar üçün əldən verilmiş fürsətdir, amma cəhd etmək düzgün addım idi".
Aytən Yaşar/ Turkustan.az