Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində genişmiqyaslı əməliyyat keçirilib.
“Turkustan.az xəbər verir ki, Bakırköy Respublika Prokurorluğunun apardığı istintaq çərçivəsində 25 nəfər barəsində saxlanılma qərarı verilib.
Prokurorluğun yaydığı açıqlamada bildirilib ki, cəmiyyətin sağlamlığı və təhlükəsizliyini təhdid edən narkotik vasitələrə qarşı mübarizə çərçivəsində aparılan araşdırma zamanı ictimaiyyətdə sənətçi, aktyor, iş adamı və biznes sahibi kimi tanınan bəzi şəxslərin narkotik və psixotrop maddələrdən istifadə etdikləri, bu maddələrin istifadəsini asanlaşdırdıqları və bunun üçün şərait yaratdıqlarına dair əsaslı şübhələri təsdiqləyən sübutlar əldə olunub.
Bununla əlaqədar İstanbul Vilayət Jandarma Komandanlığına 25 şübhəlinin saxlanılması, yaşadıqları ünvanlarda axtarış aparılması, bioloji nümunələrinin götürülməsi və ifadələri alındıqdan sonra Bakırköy Respublika Prokurorluğuna təhvil verilməsi barədə göstəriş verilib.
Əməliyyat zamanı 10 nəfər saxlanılıb. Onlar arasında müğənnilər Sıla Gençoğlu, İlyas Yalçıntaş, Mehmet Fatih Aksoy, həmçinin Ateş İnce, Şefik Ömer Dolman, Aybüke Aldere, Ayşe Nur Balcı, İrem Haznedar, Orhan Yıldız və Öner Faruk Işık da var.
Saxlanılma qərarı verilən 25 nəfərin tam siyahısı belədir:
İlyas Yalçıntaş (müğənni)
Mehmet Fatih Aksoy
Ateş İnce
Öner Faruk Işık
Şefik Ömer Dolman
Aybüke Albere
Ayşe Nur Balcı
İrem Haznedar
Orhan Yıldız
Burak Çelik
Volkan Büyükhanlı
Büşra Tatar
Cenk Çöteli
Feyza Cihan
Asude Mercan
Sıla Gençoğlu (müğənni)
H. Eylem İpek Şafak
Gökhan Şafak
Ümit Aslan
Buğra Balkaya
Akın Altan
Oğuz Alp Güler
Kübra Altay
Hilal Zeynep Hedbe
Melis Selçukoğlu
/Yeni Sabah”