Tramp: İran tezliklə məğlub olacaq!


ABŞ ilə İran arasında gərginliyin yenidən artdığı bir vaxtda ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran danışıqlara hazırdır və tərəflər arasında razılaşmanın mümkün olub-olmayacağı yaxın zamanda məlum olacaq.

Turkustan.az xəbər verir ki, Tramp İrana qarşı hücumların yenidən başlaması ilə bağlı açıqlamasında deyib: "Onlar razılaşmaq istəyirlər. Görək razılığa gələ biləcəyikmi?" O, həmçinin İranın "çox tezliklə məğlub olacağını" iddia edib.

ABŞ prezidenti əlavə olaraq ölkəsinin müdafiə xərclərinin bir qədər də artırılmasının zəruri olduğunu vurğulayıb.

İslamabad Sazişindən sonra tərəflər arasında gərginlik nisbətən azalsa da, ABŞ-ın İrana qarşı həyata keçirdiyi son hücumlar münasibətlərin yenidən kəskinləşməsinə səbəb olub.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu gün İrana qarşı iki ayrı hücum dalğası həyata keçirdiyini açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ