"Soyqırım və deportasiya qurbanlarına dəstək" adlı layihənin növbəti mərhələsinin icrası başa çatıb


Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi "Soyqırım və deportasiya qurbanlarına dəstək" adlı layihənin növbəti mərhələsinin icrasını başa vurub.

QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşir.

Layihə fəaliyyəti çərçivəsində İmişli rayonun Qızılkənd kənd klubunda və Şahverdili kənd orta məktəbində yerli icmaların iştirakı ilə seminar keçirilib.

Seminarı giriş sözü ilə Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin Prezidenti İlqar Hüseynli açıb. O layihənin məqsəd və vəzifələri və hədəfləri barədə iştirakçıları məlumatlandırıb.

Deportasiya və soyqırımın Azərbaycan və türk dilli xalqların həyatında buraxdığı dəhşətli izlər barədə məlumat verib. İlqar Hüseynli eyni zamanda təşkilatı dəstəyə görə yerli icra hakimiyyəti orqanlarının əməkdaşlarına minnətdarlığını ifadə edib.

Seminarlarda yerli icra orqanlarının nümayəndələri qonaq qismində iştirak edib.
Daha sonra Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyibib hüquq departamentinin əməkdaşı, Ankara və Tallin Universitetinin məzunu, Əlibəy Hüseynli Azərbaycanlıların Ermənistandan deportasiya tarixinin bütün mərhələləri barədə geniş təqdimat edib.

Qərbi Azərbaycana qayıdış Konsepsiyasının müddəaları və bu istiqamətdə tarixi zərurətlər barədə məlumatlar veri .
O, bildirib ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında Qərbi Azərbaycan İcması yaradılmış,və onun təklifləri əsaında beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə “Qərbi Azərbaycana qayıdış konsepsiya” sənədi hazırlayıb.

Təqdimat zamanı həm də “Qərbi Azərbaycana qayıdış konsepsiya” sənədi və onun beynəlxalq hüquq prinsipləri barədə seminar iştirakçılarına məruzə təqdim edib. Bildirib ki, Azərbaycan tərəfinin hazırladığı sənəd soyqırıma məruz qalan digər türkdilli xalqlar üçün nümunəvi sənəd kimi istifadə edilə bilər.

Layihə üzrə fəaliyyətlər uğurla başa çatıb.


MANŞET XƏBƏRLƏRİ