Bunu sadəcə Tramp bilir – Vensdən İranla bağlı etiraf


ABŞ-ın vitse-prezidenti J.D. Vens İranla bağlı münaqişənin necə yekunlaşacağını dəqiq bilmədiyini etiraf edib.

Turkustan.az xəbər verir ki, o, bu barədə Co Roqanın podkastında danışıb.

Vens bildirib ki, prosesin mürəkkəb olacağını gözləyir və qarşıda bir çox çətin mərhələ, eləcə də geri dönüşlərin ola biləcəyini istisna etmir.

“Bütün bunların hara aparacağını bilmirəm, amma inanıram ki, biz düzgün istiqamətdə irəliləyirik. Sadəcə, bu proses çox çətin olacaq, bir çox fasilələr və yenidən başlanmalar olacaq”, – deyə ABŞ vitse-prezidenti vurğulayıb.

İranla bağlı vəziyyətin necə həll olunacağına dair konkret suala cavab verməyən Vens, ABŞ prezidenti Donald Trampın bu məsələyə “daha az həvəsli” yanaşdığı barədə fikirlərinə istinad edib. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ