Oğlunun paylaşdığı iddia edilən şəkil böyük səs-küyə səbəb olub


İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun oğlu Səlim İmamoğluna aid olduğu iddia edilən İnstaqram paylaşımı sosial mediada geniş müzakirələrə səbəb olub.

Turkustan.az xəbər verir ki, yayılan görüntüdə Marşal Adaları bayrağı altında üzən yaxta yer alır. Sosial media istifadəçiləri fotodakı yaxtanın "rahatlıq bayrağı" (flag of convenience) sistemi ilə qeydiyyata alındığını iddia edərək bunu müzakirə mövzusuna çeviriblər.

Dənizçilik sektorunda "rahatlıq bayrağı" anlayışı gəminin sahibinin vətəndaşı olduğu ölkədən fərqli dövlətdə qeydiyyata alınmasını ifadə edir. Bu sistemdən istifadə edən gəmi sahibləri bəzi hallarda daha aşağı vergi yükü, daha çevik tənzimləmə və fərqli qeydiyyat şərtlərindən yararlana bilirlər.

Marşal Adaları, Panama və Liberiya beynəlxalq gəmiçilikdə bu cür qeydiyyat üçün ən çox seçilən ölkələr sırasında yer alır.

Məsələ ilə bağlı Səlim İmamoğlu və ya ailəsi tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ