Vens: İsrail ilə də fikir ayrılıqlarımız olacaq


ABŞ-ın vitse-prezidenti JD Vens İsraillə münasibətlərə dair açıqlamasında iki ölkə arasında həm ortaq, həm də fərqli maraqların olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Vens deyib: "Onlarla fikir ayrılıqlarımız da olacaq, razılaşdığımız məqamlar da. Ortaq maraqlarımızın olduğu sahələr var, eyni zamanda maraqlarımızın fərqləndiyi sahələr də mövcuddur."

ABŞ vitse-prezidenti qeyd edib ki, İsrail Vaşinqtonun siyasətinə təsir göstərmək baxımından bir çox ölkədən daha təsirlidir.

Vens bu fikirləri məşhur amerikalı podkast aparıcısı Co Roqanın YouTube-da yayımlanan verilişində səsləndirib. O, proqramda ABŞ–İsrail münasibətləri, Ceffri Epşteynlə bağlı sənədlər və digər aktual mövzular haqqında sualları cavablandırıb.

Hörmüz boğazının strateji əhəmiyyətinə toxunan Vance bildirib ki, bu dar su yolunda nəqliyyatın dayanması qlobal enerji təchizatına ciddi təsir göstərə və təxminən 25 faizlik azalmaya səbəb ola bilər.

ABŞ-ın bölgədə kommersiya gəmilərinə qarşı mümkün hücumların qarşısını almaq imkanına malik olduğunu deyən Vance vurğulayıb ki, hərbi güc variantlardan biri olsa da, diplomatik yollar daha məqsədəuyğun alternativ hesab olunur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ