Türkiyədə "Ahbap" Dərnəyinin fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində dərnəyin sədri, müğənni Haluk Levent daxil olmaqla 14 nəfər həbs edilib.
Turkustan.az xəbər verir ki, yerli KİV-in məlumatına görə, İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində məhkəməyə çıxarılan 25 şübhəlidən 14-ü barəsində həbs qətimkan tədbiri seçilib, 11 nəfər isə məhkəmə nəzarətinə verilib.
İstintaq materiallarına əsasən, Haluk Levent barəsində həbs tələbi irəli sürülərkən 2023-cü il zəlzələsi ilə bağlı toplanan ianələrin şəffaf idarə olunmaması, dərnəyin əmlakının azaldılması və satılması ilə bağlı iddialar, həmçinin qaçma və sübutların gizlədilməsi iddiaları nəzərə alınıb.
Bundan başqa, jandarma tərəfindən saxlanılan daha 17 nəfərlə bağlı istintaq tədbirləri davam etdirilir./publika.az