Rusiyanın gecə saatlarında Kiyevə endirdiyi hava zərbələri nəticəsində iki nəfər həlak olub, altı nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, yaralananlar arasında 16 yaşlı yeniyetmə də var.
Bu barədə Kiyev meri Vitali Kliçko "Telegram" hesabında məlumat verib.
Kliçkonun sözlərinə görə, yaralılardan üçü xəstəxanaya yerləşdirilib və onlara tibbi yardım göstərilir.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti isə hücum nəticəsində paytaxtın Svyatoşinski və Darnitski rayonlarının zərər gördüyünü açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az