Türkiyə Respublikası ilə sərhəddə yerləşən “Sədərək” gömrük postunda sürücülərdən qeyri-qanuni vəsaitlərin toplanıldığı iddia olunur.
Turkustan.az xəbər verir ki, “Gündəlik Naxçıvan”a müraciət edən sürücülərin sözlərinə görə, gömrük məntəqəsində tırların keçid növbələri bəzi gömrük əməkdaşları tərəfindən rüşvət müqabilində “satılır”.
İddialara görə, pul ödəyən sürücülər növbədənkənar keçirilir, digər sürücülər isə tır parkında və keçid növbəsində günlərlə gözləməli olurlar. Sürücülər bildirirlər ki, növbədə irəli keçmək üçün 50-100 manat arası məbləğ tələb olunur.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən “Bakupost”a bildirildi ki, səsləndirilən iddialar həqiqəti əks etdirmir:
“Yük nəqliyyat vasitələrinin növbəli şəkildə keçidi təmin olunur, heç bir problem yoxdur”. /bakupost.az/