NATO Zirvəsində dördtərəfli görüş: Putinlə bağlı detallar müzakirə olundu


Ankarada keçirilən 36-cı NATO Liderlər Zirvəsinin ikinci günündə əsas zalda baş tutan qeyri-rəsmi söhbətlər də qlobal gündəmin formalaşmasına təsir göstərib.

Turkustan.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında baş tutan uzun söhbət iştirakçıların və ekspertlərin diqqətini cəlb edib.

Tramp zala daxil olduqdan sonra digər liderləri salamlayaraq birbaşa Ərdoğanın əyləşdiyi hissəyə yaxınlaşıb. Onların söhbətinə xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da qoşulub. Şərhçilərin sözlərinə görə, Tramp dialoqu davam etdirmək üçün Ərdoğana bir neçə dəfə müraciət edib və nəticədə dördtərəfli qeyri-rəsmi görüş gözlənildiyindən daha uzun davam edib.

Ekspertlər bildiriblər ki, bu cür qeyri-rəsmi görüşlər bəzən rəsmi danışıqlar qədər əhəmiyyət daşıyır. Onların fikrincə, regional böhranlar, İran və Ukrayna ilə bağlı məsələlər kimi strateji mövzular məhz belə təmaslar zamanı müzakirə oluna bilər.

Məlumata görə, görüşdə regional təhlükəsizlik, davam edən münaqişələr və xüsusilə Ukrayna ilə bağlı son vəziyyət müzakirə edilib. TRT Haber şərhçiləri xarici işlər naziri Hakan Fidanın Moskvaya son səfərinin və Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi danışıqların təfərrüatlarının da dördtərəfli görüşün əsas mövzularından biri olduğunu bildiriblər.

Ekspertlər Ukrayna Prezidenti Vladimir Zelenskinin də NATO Liderlər Zirvəsinə dəvət olunduğunu xatırladaraq, İstanbul danışıqları fonunda Ukrayna məsələsində müəyyən irəliləyişlərin mümkün ola biləcəyini qeyd ediblər.

Ərdoğan, Tramp, Fidan və Kalın arasında söhbət başa çatdıqdan sonra ABŞ Prezidenti NATO-nun Baş katibi Mark Rutte ilə birlikdə sammitdəki yerini tutub. Ardınca NATO üzvü ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə zirvənin qapalı formatda keçirilən rəsmi iclas

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ