Azərbaycan Kibertəhlükəsizlik TəşkilatlarıAssosiasiyasının (AKTA) təşkilatçılığı ilə Mingəçevirşəhərində keçirilən V “Cyber Summer School 2026” kiberyay düşərgəsi çərçivəsində iştirakçılar arasında voleybolturniri təşkil olunub.
Turnir AKTA, Mingəçevir Dövlət Universiteti vəAzərbaycan Respublikasının Gənclər və İdman NazirliyininAran Regional Gənclər və İdman İdarəsinin birgətəşkilatçılığı ilə keçirilib.
Yarışın əsas məqsədi iştirakçılar arasında komandaruhunun gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi, fiziki aktivliyin artırılması, eləcə də düşərgə iştirakçılarıarasında əməkdaşlıq və qarşılıqlı ünsiyyətin inkişafınatöhfə vermək olub.
Maraqlı idman mübarizəsi şəraitində keçən turnirdəkomandalar yüksək əzmkarlıq və komanda işi nümayişetdiriblər. Yarışın yekununda ilk üç yeri tutan komandalaramedal və diplomlar təqdim olunub.
Qeyd edək ki, V “Cyber Summer School 2026” kiber yay düşərgəsi çərçivəsində kibertəhlükəsizlik üzrə nəzəri vəpraktiki təlimlərlə yanaşı, iştirakçıların fiziki və sosialinkişafını dəstəkləyən müxtəlif idman və komandafəaliyyətləri də təşkil olunur. Bu cür tədbirlər gənclərarasında sağlam həyat tərzinin təşviqinə, liderlik vəəməkdaşlıq bacarıqlarının inkişafına, həmçinin düşərgəiştirakçıları arasında dostluq münasibətlərininmöhkəmləndirilməsinə xidmət edir.



