Rusiyada miqrantlar üçün yeni vergi mükəlləfiyyəti tətbiq olunur
Turkustan.az TASS-a istinadən xəbər verir ki, Rusiya Dövlət Duması fiziki şəxslərin yanında (ev, şəxsi təsərrüfat işlərində) çalışan əcnəbi işçilərin gəlir vergisini (NDFL) qabaqcadan (avans) ödəməsini məcburi edən qanun qəbul edib.
Yeni qaydalara əsasən, fiziki şəxslərin yanında işləyən miqrantlar üçün aylıq baza avans ödənişi 1 700 rubl, şirkət və fərdi sahibkarların yanında çalışanlar üçün isə 1 200 rubl müəyyən edilib. Regionlar bu məbləği artırmaq hüququna malikdir. Əgər miqrantın himayəsində şəxslər varsa, ödəniş daha da yüksək olacaq.
Miqrasiya idarələri məlumatları dərhal vergi orqanlarına ötürəcək. Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək. /bakivaxti.az/