Ermənistan Azərbaycanla uzunmüddətli sülh istəyir.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 16-da keçirdiyi mətbuat konfransında deyib.
“Ermənistanla Azərbaycan arasında müharibə deyil, sülh olacaq. Biz bu məsələnin davamlı həlli üzərində çalışırıq və bu işi davam etdirməliyik. Əminəm ki, Ermənistan xalqı da bu yolda bizə dəstək olacaq",- o qeyd edib./teleqraf