Avropa ölkələri Trampı aldatmağı planlaşdıra bilər.
Turkustan.az xəbər verir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (TŞ) katibi Sergey Şoyqu istisna etmir ki, Avropa ölkələri ABŞ Prezidenti Donald Trampı aldada və müdafiə xərclərinin artırılması üzrə öhdəliklərini yerinə yetirə bilməyə bilərlər.
“Təsadüfi deyil ki, yeni müdafiə büdcəsinin ilk nəticələri Donald Trampın prezidentlik müddəti başa çatacaq 2029-cu ilə qədər yekunlaşacaq. İstisna etmək olmaz ki, aldatmağı xarici siyasət strategiyasının ayrılmaz hissəsinə çevirən avropalılar öz öhdəliklərindən yayınaraq Ağ Evin yeni sahibini – Trampı – aldatmağı planlaşdırırlar”, – Şoyqu “Şoyqummer” üçün verdiyi müsahibədə bildirib.
Təhlükəsizlik Şurasının katibi hesab edir ki, bəzi Avropa ölkələri "hiylələrə əl ata", yolların, körpülərin, nəqliyyat qovşaqlarının və digər mülki infrastrukturun tikintisinə çəkilən xərcləri "əlaqəli müdafiə xərcləri" kimi təqdim edə bilərlər.
“Bu yanaşma ilə NATO-nun tövsiyələrinə yalnız formal şəkildə əməl olunacaq”, – Şoyqu əlavə edib.
Qeyd edək ki, NATO-nun iyun ayında Haaqada keçirilən sammitində üzv ölkələr hərbi xərclərin ÜDM-in 3,5%-nə qədər artırılması, mühüm infrastrukturun qorunması və müdafiə-sənaye bazasının gücləndirilməsi məqsədilə əlavə 1,5% ayrılması barədə razılığa gəliblər.
Aytən Yaşar/ Turkustan.az