Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
Asiya qitəsinin mərkəzi hissəsində, əski Bəyaz Türklərin ocaqları və Ər Hun/Orxon çayı hövzəsində XIX əsrin II yarısında (1871-1889-cu illərdə) Rusiya İmperator Coğrafiya Cəmiyyətinin təşəbbüsü ilə təşkil edilmiş arxeoloji-etnoqrafik ekspedisiya (İ.V.Paderin, N.M.Yadrintsev, V.V.Radlov...başda olmaqla) “Türk dünyası coğrafiyası”nın milli-tarixi, maddi-mədəni və e.ə.II minillikdə sivilizasiya əlaqələndiricisi... kimi səciyyələndirmək üçün xeyli arxeoloji mənbələr və məlumatlar üzə çıxarmış, dünya xalqları işərisində ən qədim Türk əlifbası tədqiq edilmiş bu elmi-nəzəri dəyərlər “Orxon ekspedisiyası əsərlərinin toplusu” VI cildliyində (1892-1903, Sankt-Peterburq ş.) ilk dəfə işıq üzü görmüşdür.
Türk-Moğol etnoAilə birliyi tərkibində eramızın əvvəllərində (IV-VI əsrlərdə) adı çəkilən güclü tayfalardan biri də Tele icması olub, Səhra, Çöl və Göy Türklərin assimlyasiyasında başlıca rol oynayıb, Böyük Avrasiya qurusunun subtiopik-mülayim iqlim qurşalarında, şərqdən qərbə doğru geniş ərazilərdə məskunlaşmış, Şərqi Türküstanın Uyğur xalqının qədim əcdadları hesab olunur. Çöl-səhra landşaftının köç yolları boyunca iri taxta təkərli arabaları onlar yaratmış və geniş istifadə etmişlər, 1633-cü ildə Tele tayfasının həyatı ilə tanış olan ruslar (Altay diyarında Tele gölü sahillərində) həmin arabaları “teleqa” (“tele icmasının arabası”) adlandırmış, bu termin sonralar rus dilinə daxil edilmişdir. “Tele” sözköklü etnonimlərlə bağlı mifoloq-türkoloq M.M.Seyidovun (1918-1992) qiymətli tədqiqat əsərləri (“Qam-şaman və onun qaynaqlarına ümumi baxış”, 1994, “Azərbaycan xalqının milli-mənəvi irsini düşünərkən”, 2005....) məlumdur.
Azərbaycan xalqının şifahi xalq və mifik-dastan yaradıcılığında geniş istifadə edilən, qoçaqlığı, igidliyi, güclü olmağı, əyilməzliyi....rəmzi mənada Dəli ayaması (Tele tayfalarının Ərənliyinin timsalında və leksik-dil yatımına uyğun formalaşmış) ilə ifadə etmişlər (“Kitabi-Dədə Qorqud” dastanında Dəli Domrul, “Koroğlu” eposunda Dəli Həsən, Dəli Mehtər...surətləri, Babəkin cəsur qardaşı Dəli Müaviyyə, “777 Dəli” mistik-fəlsəfi yaddaşına uyğun 1992-ci ildə Azərbaycanın Əfqanıstan müharibəsi (1979-1989) veteranlarının təşəbbüsü ilə yaradılmış və I Qarabağ müharibəsində iştirak etmiş 777 saylı Motoaçıcı Hərbi Hissə/Tüfəng Alayı həm döyüş/müdafiə göstəriciləri, həm də on Azərbaycan Milli Qəhrəmanı ilə hərb tariximizə yazılmışlar....), söz/saz yaradıcılığında (İ.M.Əfəndiyevin, İ.M.Muğannanın, S.M.Əhmədlinin...əsərlərində) tərənnüm edilmişdir.
Əski Türkdilli ailə və dil qruplarının tarixi məskunlaşma ocaqları və miqrasiya yolları Cənubi Sabur/Sibir çöllərini, çay hövzələrini (Abu/Su-Ob çayının yuxarı axarlarını, Yeddiçay arasını), geniş çöl hüdudlarını (Qıpçaq, Tarim və Turan vadiləri) əhatə etsə də, qəbilə-tayfa yurdlarının sonralar güclü idarəetmə-inzibati bölgü vahidlərinə çevrilməsi artıq IV-V əsrdən başlaraq Türküstan diyarında formalaşmış, ilk Türk xaqanlığının yaradılmasında bilavasitə iştirak, Moğol-Hun etnosları ilə qarşılıqlı əlaqələrlə çıxış etmiş, mərkəzləşmiş coğrafi hüdudlara malik olduqları üçün artıq VII əsrdə müstəqil Uyğur dövləti (744-840-cı illər, paytaxtı Xara-Balqas/Ordu Balıq şəhəri) yaratmışlar (əsasən Ərhun/Orxon çayı hövzəsində, İli və Tarim çayları ətrafında, Təhləlilərin məkanı, Qobu çölü, Turfan vadisi...ərazilərində).
Qeyd etmək lazımdır ki, əski Türkdilli qəbilə-tayfa birliklərinin kökənli ərazilər Üst Tunc dövrü minilliklər (e.ə.IV-II minilliklər) tarixini əhatə etməklə ilkin dünyəvi Təbəddülat mədəniyyəti mərhələlərini də əhatə etmiş, e.ə.I minillikdə Köçəri Mədəniyyəti yaradılmışdır. Rusiya EA-nın Şərqşünaslıq institutnun siyasi elmlər doktoru A.S.Jeleznyakov “Monqolustan sivilizasiyası: tarixi və müasirlik” kitabında (2016, Moskva ş.) bildirir ki, Köçəri mədəniyyəti (öz ətrafında 24 tayfanı birləşdirən dövlətin maddi irsi) şəhər mədəniyyətinin yaradılması üçün əsas olmuşdur.
Bəy Göl/Baykal gölünün cənub-şərqində, Selhəngi/Selenqa çayı hövzəsində Daş dövrünün (e.ə.XII minillik) maddi irsi (mağara ocağı), Tunc yaşlı (e.ə.XIV-XII əsrlər) petroqliflər, erkən Dəmir minilliyinə (e.ə.XI-VIII əsrlər) aid dini-sakral, mistik-fəlsəfi məbədlər...qədim protoTürk mədəniyyətini nişan verən abidələrdir...digər bir coğrafi məkan-Fərqanə vadisində alt Paleolit yaşlı (100 min il əvvələ olan tarix) “Selenqur mağarası” erkən Təbəddülat ocaqlarından biridir....
Böyük Avrasiya qurusunda əski ProtoTürk/Moğol/Hun tayfa birliklərinin e.ə. mövcud olmuş inzibati Qəbilə Birliklərinin ərazi hüdudları (Aral/Ural, Sayın/Sayan, Altay, Hun Tanrısı/Hunqay...dağları, Abu Su/Ob, Yeni Su/Yenisey, Yeddi çay, Ər Hun/Orxon, Əmir/Amur...çayları, Cənubi Savur/Sabir-Sibir və Qıpçaq çölləri, Qobu/Qobi vadisi, Qara-Xəzər-Aral dənizləri hövzələri...) dialekt-şivə, etimoloji irs identikliyinin arealı...sonralar, eramızın əvvəllərində güclü Türk dövlətlərinin yarandığı sərhədlər daxilində qalmışdır, o cümlədən, Uyğur xaqanlığı timsalında da...
Orta əsrlərin erkən mərhələsində Ər Hun/Orxon çayı hövzəsində yaranan Uyğur xanlığı tarixi Türkdilli etnosların (Göy Türk/Hun/Moğol mənsublu) ərazilərini (şimalda, Bəygöl/Baykal gölünün tayqa meşələri və Yeni Su/Yenisey çayının yuxarı mənsəbi, cənubda, Qobu/Qobi səhrası, şərqdə, Altay, Hun Tanrısı..dağları, qərbdə, Yeddiçararası hövzə....) əhatə etmiş, paytaxtı Ordu Balıq (“Ordu Şəhəri”) şəhəri olmaqla, beynəlxalq ticarət yollarını, iqtisadi-siyasi-hərbi üstünlüyə malik yerlərini tutmuş, xarici dövlət əlaqlərinin inkişafını təmin edən üstünlüklərə malik olmuşdur. Dövlətin əsas diqqət yetirdiyi sahə siyasi hakimiyyətin və hərbi gücün artırılması, iqtisadi tərəqqi, mədəni irsin inkişafı...məsələləri olub.
Moğol/Hun nəslindən olan, Kəblə xanın (1215-1294, Çingiz xanın nəvəsi) hakimiyyəti illərində, 1270-ci ildən sonra imperiyanın paytaxtı Xan Balıq (“Xan Şəhəri”) şəhəri (indiki Pekin şəhəri) olub. Hun/Moğol tayfalarının etnoqollarından olan Tele/Dili qəbilələri Ər Hun/Orxon şayınadan Anadolu yaylası və Biçənək çöllərinədək (Qara dənizin şimal düzənliyi) etnoassimlyativ təsirə malik idi, çünki, ilk növbədə Köçəri/Tərəkəmə mədəniyyətinin güclü daşıyıcıları olmuşlar. XIX-XXI əsrlərdə Şərqi Türküstanın demoqrafik tərkibinin formalaşmasında da, Uyğur xalqının əzmkarlığında da Tele/Dili tayfa birliyinin (coğrafi məkan ocağı Bəygöl/Baykal gölünün ətrafı, Ər Hun/Orxon və Tele/Tula çayları, Qobu/Qobi səhrasının şimalı, Tyan-Şan dağının ətəkləri...) qan-gen yaddaşı xüsusi əhəmiyyət kəsb edib.
Uyğur xalqının etnogenezisində mühüm rol oynamış Tele/Təli/Dili etnsunun (Hun-Quz-Sak...Ailə birliyinin qollarından biri kimi) da əski məskunlaşam ocaqları sırasında Selli/Selenqa çayı və onun əsas qollarından olan Ər Hun/Orxon çayı hövzələri təbii-coğrafi şəraitinin xüsusi mənzərəsi və tarixi-maddi abidələrinin zəngin irsi (Türk-Uyğur xaqanlığının Bilgə xaqan və Gül Təkin memorial kompleksləri, şəhər-qala tikilililərinin qalıqları, dini-sakral məbədlərin ziyarətgahlığı, ilk Türk əlifbası ilə daş lövhələrdə yazı nümunələri....) ilə fərqlənir. Tele/Təli tayfa birlikləri e.ə. I minillikdə Çöl/Səhra Türkləri, Sak/İskitlərlə birlikdə Aral/Ural dağlarının cənubunda 3 istiqamətə ayrılaraq Böyük Köçlərini davam etdirmişlər-İtil/Volqa çayı boyunca şimala doğru, Azov-Qara dəniz çöllərinin şimalı ilə və Kür-Araz çayları hövzəsinə, Şərqi Anadolu hövzələri üzrə.....təbii ki, bu coğrafi məkanlar hüdudlarında Sak-Oğuz-İskit-Hun-Quz-Alban....tayfaları ilə assimlyasiya olunaraq ümumi Türkdilli etnoslarının formalaşmasına səbəb olmuşdur.
Haşiyə. Qərbi Savur/Sabir-Sibir düzənliyinin cənubunda, Basaran/Baraba düzəngahının Abu/Su-Ob çayının yuxarı axarlarına bitişik hissədə, Kiçik Tuli/Teli-Tula çayının sağ sahilində Yuxarı Tula və bir az aralıda Teli/Tele/Tula şəhəri (indiki Novosibirsk şəhərinin cənub-qərbində) yerləşir, qədim Tele/Dili tayfalarının adını yaşadan hidronim və antronimlərdir.Şərqi Avropa düzənliyində Tula şəhəri, bu şəhərdə yaşamış məşhur yazıçı L.N.Tolstoyun soyadının etimoloji anlamı Tele/Dili soykökü ilə bağlı olduğu şübhə doğurmur, çünki bu ərazilər Hun-Uyğyr tayfa birlilklərinin Ağ və Qara dəniz hövzələrinə eramizin əvvəllərində etdikləri Böyük Köç yollarının üzərində olmuşdur.
İki min ildən artıq yaşı olan Hun/Uyğur mədəniyyəti səhifələrində Köçəri-Tərəkəmə təbəddülatının izləri maddi və qeyri-maddi irs nümunələrində saxlanıldığı kimi (Ər Hun/Orxon çayının vadisi Tarixi Mədəniyyət Landşaftı “Köçəri İmperiyasının İrsi” adı altında YUNESKO-nun Ümumdünya siyahısına aiddir), həm də Bütöv Arrasiya Köçəri sivilizasiyasının ayrı-ayrı ocaqlarının (Altya-Qıpçaq çölləri, Tanrı dağı-Tarim vadisi, Aral/Ural qurşağı-Biçənək düzəngahı, Şərqi Anadolu-Şumer düzənliyi, Qərbi-Azərbaycan-Kür/Araz hövzəsi, Şahdağ-Qobustan köçəri yurdları...) yaranmasına təsir etmişdir. Təbii ki, bu mədəniyyət mərkəzləri etnogenetik baxımdan eyni soykökdən yaranan dil-qan şaxələrini özündə birləşdirdiyindən minilliklərlə ölıçülən tarix yaranmışdır.
Tarixi Uyğur diyarının və Uyğur xalqının coğrafi məkan mövqeynin geostrateji əhəmiyyəti, iqtisadi faydalı qazıntı ehtiyatlarına malik olması, Türk-Müsəlman dünyası coğrafiyasında ərazi üstünlüyü, maddi- mənəvi və mədəni sərvətlərinin zənginliyi...VIII əsrdən mərkəzləşmiş dövlət quruculuğuna yiyələnməsinə səbəb olmuş, Azadlıqsevər və Məğlubedilməz Türk/Uyğur xalqı XVIII əsrdə iki güclü imperiya qüvvəsi-Rus və Çin hakim dairələrinin təcavüzünə məruz qalmışdır.
Orta dəhliz, ortab enlik, ortaq mədəniyyət, ortaq tarix....yaşadır Türküstan diyarı, o cümlədən, Şərqi Türküstan bölgəsi, tarixi irsində kökənli etno-antropoloji mənsubluğu ilə fərqlənmiş, Altay dağlarının və Moğol çöllərinin qərbində intişar etmiş I Uyğur xaqanlığının siyasi-hərbi, milli-etnomədəni.... təməl dəyərlərinin yadigarıdır.