AĞ HUN İMPERİYASI



Taleh Cəfərov
ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti,
tarix üzrə fəlsəfə doktoru

(əvvəli BU LİNKDƏ)

...457-ci ildə II Yezdəgirdin ölümündən sonra oğulları III Hörmüz (457-459) və Pe­roz/Firuz (459-484) ara­sın­da taxt uğrunda gedən mübarizədə eftalit hökmdarı Ak­şun­varın dəstəyini alan Pe­roz­­ qə­ləbə qazandı. Onun taxta keçməsinə dəstək olan Ak­şun­var qarşılığında Amudərya çayının sahilindəki Tirmiz şəhərini tələb edir. Be­­lə­lik­lə, 460-cı ildə eftalitlər şərqdə Tarım hövzəsinin qərb hissəsinə, şimalda Amu­dər­ya və Sırdərya çayları arasındakı ərazilərə və Tanrı dağlarına qədər olan əra­­zilərə ha­kim olurlar. II Yezdəgirdin varisi olan Peroz 459-479-cu il­lərdə efta­lit­lər üzə­ri­nə uğursuz yü­rüş etdi. Şah əsir düşsə də, Bizans onun haqqını ver­diyinə görə azad edil­di. Bir müd­­dət keçdikdən sonra Peroz ikinci dəfə eftalitlər üzə­rinə qo­şun gön­dər­sə də, bu dəfə də əsir düşdü. Şah ikinci dəfə Bizans imperatoru Zenon (474-475, 476-491) tə­rə­­findən satın alınaraq azad edilmişdir. Peroz öz həyatını qo­ru­maq üçün gü­müş sik­kə­­­lərlə yüklənmiş otuz qatır vəd verərək oğlu Qubadı girov vermiş, bir daha mü­­ha­ri­bə etməyəcəyinə söz verərək oğlunu satın almışdı.

Eftalit hökmdarı Akşunvar Perozu əsarətdən azad edəndə şah bacılarından bi­rini ona ərə verəcəyinə söz verir. Lakin vədinə xilaf çıxaraq əvəzində ca­ri­yə­lə­rin­dən birini göndərir. Cariyə isə açıb bütün olanları Akşunvara bildirdikdən sonra bu­na cavab olaraq Sasanilərdən eftalit sarayına gəlmiş hərbi müşavirlərin bir his­sə­s­i­ni öl­dürmüş, qalanlarının da qulaqlarını kəsərək Perozun sarayına göndərmişdi.

470-ci ildə Eftalit dövlətində taxta çıxan Günxan ləqəbli Toraman Tigin uğurlu yürüşlər nəticəsində hakimiyyətini Şimali Hindistana qədər genişləndirmiş, döv­­­ləti im­peratorluğa çevirmişdir. Xaqan Sasani dövlətinin daxili işlərinə mü­da­xi­lə edərək hi­mayəsinə aldığı Perozu yenidən Sasani taxtına çıxardı. Peroz öldürülən sər­­kər­də­lə­rinin intiqamını almaq və eftalit hücumlarından birdəfəlik qurtulmaq üçün 479-cu il­də andını pozaraq yürüşə çıxsa da, məğlubiyyətə uğradı. 484-cü il­­də Amu­dərya çayının sahilində eftalitlər tərəfindən məğlub edilən Sasani ordusu dar­­­madağın edil­­di, Peroz öldürüldü. Nəticədə Heratı, Mərvi, Kabul vadisini, Pəncabı, Qa­raşarı, Ku­­çu, Qaşqarı və Xotanı ələ keçirən eftalitlər sasaniləri il­­lik vergiyə məc­­­­bur et­di­lər. Tarixçılər bu döyüşü təsvir edərkən ef­ta­lit­lə­rin sa­sa­ni­lə­­rə qarşı dö­yüş takti­ka­la­rın­da müəyyən dəyişiklik etdiklərini və dərin qu­yu­lar qa­za­­raq üzərini ot və alafla ört­dük­lə­rini qeyd edirlər. Bununla onlar şah Perozu tə­ləyə sal­­mış, nə­ti­cə­də yeddi oğ­lu ilə bir­likdə quyulara düşən şah öldürülmüşdür.

Pe­rozun ölü­mündən sonra varisi Kavad/Qu­bad (488-531) əmisi Balaşı taxt­dan sa­laraq 488-ci il­də ha­ki­miyyəti ələ keçirdi. Məz­də­ki­lə­rə qoşulan şah Kavad 496-cı il­də saray əyan­­la­rı tə­rə­­findən taxtdan salınaraq həbs edilir. Lakin bacısının dəstəyi ilə həbsdən qa­çaraq atası kimi eftalitlərə sığınır. Məz­dək hə­rəkatını boğ­ma­ğa ça­­lışan Toraman Tigin Kavadı 3 il girovluqda sax­la­dıq­dan son­ra 30 min­lik hun sü­­va­ri birliyi ilə Sasani sərhədlərinə göndərir. Bu yolla hə­rəkatı ya­­tır­ma­ğa mü­vəf­fəq olan Kavad Məz­dəki tərəfdarları və xalqın yardımı ilə edam et­dirdi. 499-cu ildə ef­­ta­­lit or­du­su­nun yardımı ilə Kavad qardaşı Təhması məğ­lub edərək yenidən taxt-taca yi­­yələndi, əvə­­­zin­də Çağaniyan əyalətini xaqana hə­diy­yə etdi. Kavad ef­ta­lit­lə­rin kö­mə­yinə külli miq­darda vəsait xərclədiyinə görə sa­sa­ni­lə­rin maliyyə sis­temi bö­yük çə­tinliklərlə üz­l­əşdi, eyni zamanda iki ən mühüm ticarət mər­kəzi olan Mərv və Herat da it­irildi.

Bundan sonra eftalitlər Hindistana yeni bir səfərə hazırlaşdılar. Eftalitlərin bir qis­­mi bu hadisələrlə məşğul olarkən, Əfqanıstan və Hindistandakı qərb qolu olan to­ramanlılar yu­xa­rı­da adları qeyd olunan coğrafiyadakı quşanların ərazisinə da­xil ola­raq onları məhv et­dilər. Toraman Tigin Mərkəzi Asiyanın önəmli şəhərləri ilə ya­naşı, Qanq və Ya­mu­na çaylarının sahillərini də ələ keçirmişdir. Bunun ən mü­­hüm sü­butu Yamuna sa­­hi­lin­də yerləşən Eran şəhərindəki Toraman kitabəsidir. Qeyd edək ki, Malva (Mər­kə­zi Hindistan) hökmdarı olan Toraman Tiginin başçılıq et­diyi ef­ta­lit­lərin bu qolu eh­timal ki, 450-ci illərdə Hindiquşdan keçərək indiki Pa­kis­­tan əra­zi­sin­də Bolan aşı­rı­mını aşmış və əvvəlcə Qəndaharda, sonra Pəncabda məs­­kun­laş­mış­dı­lar. Çox gü­man ki, eftalitlər Mauriya imperiyasından sonra ikinci bö­yük Hindistan im­periyası olan Quptalar ilə burada qarşılaşıblar. Qupta və efta­lit­lər bu tarixlərdə sülh içində ya­şayırdılar.

502-ci ildə Kavad eftalitlərlə ittifaqda Bizansa qarşı müharibəyə başladı. Ef­ta­­­lit ordusu Bizansın qala və şəhərlərinin tutulmasında fəal iştirak edirdi. Kavadın oğ­lu I Xosrov Ənuşirəvan (530-579) da eftalitlərlə son dərəcə ehtiyatlı davranır, toq­­qu­­ş­­ma­lardan çəkinirdi. Eftalitlər bu məqamdan istifadə edərək VI əsrin əvvəl­lə­rin­də pers­­­ləri Mərkəzi Asiyadan tamamilə qovub çıxardılar. Artıq keçmiş Kuşan im­peri­­­yasının sərhədlərinə yiyələnən eftalitlər 510-cu ildə paytaxtı Pəncab vilayəti­nin Sa­ka­­la (Sialkot) şəhərinə köçürməklə dövləti imperiyaya çevirdilər.

515-ci ildə Toraman Tiginin ölümündən sonra taxta oğlu və varisi Mi­hi­ra­qu­lu xan keçdi. 515-530-cu illərdə hakimiyyətdə olduğu bilinən Mihiraqulu xan qay­naq­lar­da Hindistanın ən güclü hökmdarı və yaxud “Hindistanın Atillası” kimi qeyd olu­nur. Mihiraqulu xan hindu dininə rəğbət bəsləsə də, buddistlərə qəddarcasına dav­ra­nış­ları ilə səciyyələndirilir. Toramandan sonra Kəşmir bölgəsini hakimiyyəti­nə tabe edən Mihiraqulu xan Qupta hökmdarını məğlub edərək Himalay aşırım­la­rına hakim ol­du. Hindistanın Pəncab əyalətindəki Sialkot (Şakala/Sakala) şəhərini öz əyalətinin mər­­kəzinə çevirən Mihiraqulu Eftalit dövlətinin sərhədlərini Bəlxdən şi­ma­la və Mər­­kəzi Hindistana, hətta Kausambiyə qədər genişləndirdi. Dövlətin rəsmi pay­taxtı Kun­duz yaxınlığındakı Badiyan şəhəri idi.

Mihiraqulu haqqında müasiri olmuş çinli səyyah Sunq Yun səyahətnaməsin­də onun­­la Qəndaharda qaldığı zaman görüşmək imkanı qazandığını yazır. Görüş za­manı söhbətlərdə Mihiraqulunun adı birbaşa çəkilməsə də, sənəddəki dia­lo­q­lardan onun xaqanın özü olduğu aydın görünür. Mihiraqulunun ölümündən təx­mi­nən bir əsr sonra Hindistan torpaqlarına gələn digər çinli səyyah HsuanTsanq qeyd edir ki, bir əsr keçməsinə baxmayaraq, Mihiraqulu Hindistanın ən qüdrətli hun hökmdarı ki­­mi tanınır, dövlətinin mərkəzi Sialkot (Sakala) şəhəridir və onun bud­distlərə mü­na­­­sibəti, məbədləri sökmələri xalq arasında hələ də danışılır. Mihi­ra­­qulunun ölü­mün­­­dən sonrakı hadisələr bir qədər qaranlıqdır. Buna görə də Mihi­ra­­qulu­dan sonra ha­­kimiyyətin sona çatdığı düşünülür. 550-ci ildən etibarən eftalit­lər­də yük­səliş dövrü geriləmə ilə əvəz olunur.

Tədricən oturaq həyata keçən eftalitlərin bir qismi yerli əhali ilə qaynayıb-qa­­rışmışdı. Əhalinin əksəriyyəti artıq şəhərlərdə yaşayırdılar. VI əsrdə Bizans ta­rix­çi­si Menandra imperator II Yustinianın sarayına gəlmiş türk səfirləri ilə görü­şün­də eftalitlərin şəhər tayfası olduğuna dair məlumatlar verilmişdir. VI əsrin orta­la­­rında Ef­talit dövlətində Əbruy adlı birinin başçılığı ilə üsyan baş verdi. Üsyan nəticəsində ha­kimiyyətə yiyələnən Əbruy özünü eftalit çarı elan etdi. Onun “varlı­la­ra və aris­tok­ra­tiyaya” qarşı apardığı amansız mübarizəsi əhalinin kütləvi axınına sə­bəb oldu. Na­r­a­zı eftalit aristokratiyası türkləri və çinliləri köməyə çağırdı. Türk­lərin köməyi sa­yə­­sində eftalit aristokratiyası Əbruyu taxtdan saldı və işgəncə ilə öl­dür­dü.

Eftalit çarı Qatfar 560-cı ildə onun ərazisindən keçərək Sasani sarayına dip­lo­­ma­­­­tik missiya məqsədilə gedən türk səfirlərinin öldürülməsini əmr etdi. Sasani şahı Xos­­­rov Qərbi türk xaqanlığı ilə nigah diplomatiyası quraraq İstəminin qızı ilə ev­lən­di. Bu yolla mövqeyini gücləndirən Xosrov Türk xaqanlığı ilə yaxınlaşaraq 560-cı il­­də eftalitlərə qarşı hərbi ittifaq bağladı. 563-567-ci illərdə ef­ta­litlər üzə­rində parlaq qə­ləbə qazanan İstəmi xaqan Səmərqəndi tutaraq eftalitləri dağ­lara çəkil­məyə məc­bur etdi. 565-ci ildə Nesef yaxınlığında baş verən və 8 gün da­vam edən döyüş İstəmi xa­qanın qələbəsi ilə başa çatdı. Məğlub olmuş eftalitlər Qa­tfarı taxt-dan salaraq Ca­qa­­nian knyazı Faqonişi onun yerinə seçdilər. Eftalit dövlətinin əra­zisi Sa­sa­ni­lər­lə Türk dövləti arasında bölündü. Amudəryanın şərq vilayətləri türk­lə­rin, Xo­ra­san və To­xarıstan vilayətləri isə Sasanilərin əlinə keçdi. 567-ci ildə Efta­lit­lər dövlətinə so­nun­cu zər­bəni vurmaqla dövlətin varlığına son qoyuldu. P.Qol­den və Qəfəsoğu isə Eftalit dövlətinin 557-ci ildə Türklərlə Sasanilər arasında bö­lündüyünü qeyd edir.

VI əsrin ortalarında dövlətçilik atributlarını iti­rən ef­talit tayfaları tədricən türk və perslər arasında əriyərək milli kimliklərini itir­­məyə baş­ladılar. Hindis­tanda­kı eftalitlərin qərb qolunun VIII əsrin II yarısından, Ka­bil ət­ra­fındakıların isə is­la­mın fəthindən sonra tarix səhnəsindən silindiyi məlum­dur.

Müxtəlif inkişaf mərhələlərində olan tayfaların silah gücünə hakimiyyətə ta­be edilməsi dövlətin möhkəm siyasi təməllər üzərində qurulmadığının göstəricisi idi. Digər türk tayfalarından fərqli olaraq eftalitlər daha tez oturaq həyata keçmişdi­lər. Bu isə Eftalit ərazilərində ticarət və sənətkarlığın inkişafını, habelə şəhər­lə­rin tərəqqisini sürətləndirdi. Digər bir tərəfdən, “Böyük İpək Yolu”nun əsas qolla­­rının keçdiyi Eftalit şəhərlərində çoxlu sayda ticarət mərkəzləri və karvansaralar mövcud idi. Bu isə eftalitlərin əksəriyyətinin şəhərlərdə yaşadığından xəbər verirdi. La­kin aram­sız müharibələr şəhərlərin iqtisadi həyatına zərbə vurur, köçəri tay­faların soy­ğun­çu basqınlarına məruz qalırdılar.

Dövlətin paytaxtı əvvəlcə Bəlx və ya Paykənd, 510-cu ildən Sakala (Sialkut) şə­həri olmuş­dur. Eftalit imperatorluğu Hindistana qədər genişləndikdən sonra mər­kə­zi idarəetmə aparatı şimal və cənub olmaqla ikiyə ayrılmışdır. Şimal eftalitlə­rinin ida­rə yeri Əfqanıstanın şimalında –Qunduz yaxınlığında, cənub bölümünün mər­­kəzi isə Pəncabda idi. Eftalit dövləti çarın ali hakimiyyətinə tabe olub irsi sülalələr tə­rə­fin­­dən idarə olu­nan yarımmüstəqil mülklərdən ibarət idi. Hər bir mülkün özünün sik­­­kəsi var idi. Mən­bələr eftalitlərin üzərində toxar yazısının əks olunduğu metal pul­­lardan istifadə edil­­diyini­ yazır. Sikkələr üzərindəki şəkillərdən eftal çar-la­rının avropoid irqinə mən­­­­sub simalarının olduğunu görmək mümkündür. Eftal çarlarının antopoloji qu­ru­lu­­şuna nəzər sal­saq, onlar uzun burunları, enli gözləri, bığ­ları və saq­qal­sız çənələri ilə seçilirdilər. Qa­dınlar hörük bağlayır, ipək qumaşdan paltarlar ge­yi­nirdilər. Əhali də­­ri ilə dö­şən­miş, divarlarından xalçalar asılmış yur­talarda ya­şa­yır­dı­lar.

Eftalit dövlətində bir neçə yazı növündən –Soqd, Brahma, Baktriya və s. paralel şəkildə istifadə olunurdu. Əfsuslar olsun ki, pullar üzərindəki yazılar istisna olmaqla eftalitlərin dilinə aid yazılı mətnlərə rast gəlinməmişdir.

Eftalitlər arasında müxtəlif dinlərə sitayiş olunurdu. Xüsusilə əhalinin ək­sə­riy­­­yəti maniçilik və məzdəkizm ideyalarına daha çox inanırdılar. Bununla yanaşı, ef­­talitlər arasında xristianlığın nestorian cərəyanının yayıldığı da məlumdur. Ef­ta­lit­lər Sasani şahı II Yezdəgirdə qarşı mübarizədə xristian həmrəyliyi ideyasına əsas­­­la­nır­­dılar. Onlar yerli yunan-bütpərəst mədəniyyətinə düşmən münasibət bəsləyir, bud­da qanunlarına inanmır, bütxanaları dağıdırdılar. Eftalitlər vücudlarını döymə ilə bə­zə­­yir, cəsədləri mumyalayır, tabutlarını qalın ağac gövdəsindən düzəldir və üzə­ri­nə müx­­təlif heyvan rəsmləri çəkərdilər. Varlı evlərdən vəfat edənləri daş sər­da­bə­lər­də dəfn edir, yoxsulları isə qəbirlərdə basdırırdılar. Eftalit cəmiyyətində cəzalar son də­rə­cə sərt idi. Oğurluq edən şəxslər üçün ən ağır cəza metodu başın kə­silməsi idi. Ef­talitlərə məxsus adət-ənənələr, mədəni dəyərlər, törəyə əsaslanan qayda-qa­nun­lar di­gər xalqların yüksəlişinə səbəb olmuşdur.


MANŞET XƏBƏRLƏRİ