İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa dəstəyinə görə təşəkkür edib və İrana qarşı mümkün yeni hücumlara işarə edib.
Turkustan.az xəbər verir ki, Netanyahu Tramp ilə telefon danışığının videosunu X sosial şəbəkəsindəki hesabında paylaşıb.
Netanyahu 27 oktyabrda keçiriləcək İsrail seçkiləri ilə bağlı Trampın dəstəyinə görə ona minnətdarlığını bildirib. O, telefon danışığı zamanı İrana qarşı mümkün yeni addımlara da toxunub.
“Donald, İranda bitirməli olduğumuz bir iş var. Sən belə dedin və biz bunu birlikdə bitirəcəyik. Bunu başqa heç kim etməyəcək”, – deyə Netanyahu bildirib.
Aytən Yaşar/Turkustan.az