Fransada komendant saatı: Parisin küçələri boş qaldı


Fransada həftəsonu keçirilən etirazlar zamanı baş verən şiddətli toqquşmalardan sonra Parisin bəzi əraziləri də daxil olmaqla, bir neçə şəhərdə qismən komendant saatı tətbiq edilib.

Turkustan.az xəbər verir ki, məhdudiyyətlər qüvvəyə mindikdən sonra küçələrdə sakitlik hökm sürüb.

Fransanın Baş naziri Sebastyan Lekornu təcili kabinet iclasından sonra çıxış edərək ictimai asayişin bərpası üçün qətiyyətli addımlar atılacağını bildirib. O, zərurət yaranacağı təqdirdə yerli və qismən komendant saatlarının tətbiqinə göstəriş verib. Bununla belə, Lekornu şəhər miqyasında komendant saatının tətbiqinin müzakirə olunmadığını vurğulayıb.

Baş nazirin ofisinin məlumatına görə, bazar ertəsi və çərşənbə axşamı gecələri saat 20:00-dan 06:00-dək Lill də daxil olmaqla, Fransanın şimalındakı dörd şəhərdə qismən komendant saatı qüvvədə olacaq.

Parisdə isə polis bazar ertəsi saat 23:00-dan çərşənbə axşamı saat 06:00-dək iki ərazidə komendant saatı tətbiq edib. Bunlar şənbə günü zorakı hadisələrin baş verdiyi Respublika Meydanı və talanların hədəfinə çevrilən Les Halles ticarət mərkəzinin yerləşdiyi ərazidir.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ