Osmanlı İmperatorluğunun Ukraynadakı möhürü - Podolya Əyaləti


Elşən Mirişli
Gəncə şəhəri, tarixçi


Podolya Əyaləti necə yaranmışdı? Tarixə nəzər salsaq görərik ki, Hotin Müqaviləsindən (1621-ci il ) sonra, Polşa-Litva Birliyi və Osmanlı İmperatorluğu arasında 50 il davam edən sülh dövrü başlayır. Lakin Osmanlı dövlətinin hakimiyyəti altındakı Ukrayna kazaklarına hücum edən polyaklar sülhü pozurlar. Bununla da 50 illik sülh dövrü başa çatır. Ukraynalıların hərbi yardım tələblərinin Osmanlı İmperatorluğu tərəfindən qarşılanması üçün tədbirlər görülür. Bu tələblər köməyə ordu göndərilməklə qarşılandı.

Osmanlı imperatorluq ordusu
İlk Osmanlı ordusu boy (Kayı boyu) ordusu idi.Sonra Orxan bəy (1324-1362) zamanında nizami və daimi ordu quruldu.I Sultan Murad (1362-1389) zamanında Osmanlı ordusunun özəyi olan yeniçeri ordusu quruldu.Yeniçeri ordusu fəth edilən yerlərdəki xristian uşaqları alınıb, xüsusi qarnizon və mədrəsələrdə islam və türk dilini öyrəndikdən sonra türk tərbiyəsi ilə bərabər, savaş fənni öyrədilir və bunlardan yeniçeri ordusu təşkil edilirdi.Yeniçeriler özlərini Bəktaşi təriqətinə mənsub bilirdilər və bunların komandanına yeniçeri ağası deyilirdi.
Osmanlı ordusu dövrünün ən müntəzəm ordusu idi və üç qola ayrılmlşdı:
1-qapıqulu əsgəri, 2-əyalət əsgəri, 3-yardımçı qüvvələr.Qapıqulu əsgərləri və yardımçı qüvvələr dövlətdən maaaş (ülufə) alırdılar,piyada və süvari idilər.
1.Qapıqulu piyadaları dövlətin əsas əsgərləri idi və yeddi ocağa ayrılırdılar. Əcəmi oğlanlar sonra yeniçeri olardılar. Yeniçerileriler, cəbhəçilər (silah və tədarük sinfi),topçular, top arabaçıları və qumbara və ya qumbaraçılar (bomba və ya top gülləsi düzəldənlər) lağımçılar (təxribat üçün əsgər toplayan bir sinif idi).
Qapıqulu süvariləri-bunlar da yeniçeriler kimi dövlətdən maaş alırdılar.
2.Əyalət əsgərləri: dirilik və ya timar sahiblərinin bəslədikləri əsgərlrə deyilirdi. Fateh zamanında əyalət əsgərlərinn sayı 100 min olmuşdur.
3.Yardımçı qüvvvələr və akınçılar: yardımçı əsgərlərin ən əhəmiyyətlisi əzab əsgərləri idi. Bunlar piyada idilər və savaşda qabaqda savaşırdılar.Akınçılar atlı olub,sərhədlərdə yaşayırdılar və kəşfiyyat həmlələri də bunların öhdəsinə qoyulmuşdur.
4.Dəniz qüvvələri və ya donanma.Osmanlı dəniz qüvvələri Fateh Sultan II Mehmed zamanında vüsət tapdı.İstanbulun fəthi üçün dörd yüz gəmi qayrıldı.Bunların 150-si savaş gəmisi idi.

Podolya Əyaləti
Podolya-Ukraynanın cənub-qərbində yerləşən,zəngin tarixi və təbiəti ilə tanınan bölgədir. Podolya Əyaləti, yaxud Kamaniçe Əyaləti Osmanlı inzibati Əyalətləri içərisində özünəməxsus yer tutur.Osmanlı İmperatorluğunda 250-dən çox əyalət olmuşdu. Onlardan biri də Podolya Əyalətidi. Ukrayna dilində Podilskyi Eyalət və yaxud “Podole” Polyak dilində Podolski Eyalət adlanır. Bu əyalət Ukrayna ərazisində 1672-ci ildə qurulmuşdur.1699-cu ilə qədər Podolya əyalətinin işğalına qədər mövcud olmuşdur.Əyalət 20 min kv km ərazini əhatə edirdi. XVII yüzilin ortalarında Dnepr çayının sağında qalan Ukrayna torpaqlarının hökmdarı Petro Doroşenko Ukraynanın bütövlükdə azad etmək üçün Osmanlı Sultanı IV Mehmed ilə müqavilə bağlayaraq Osmanlı himayəsini qəbul etmişdi. Osmanlı Sultanı IV Mehmed (1648-1687) Qərbi Ukraynalıları öz himayəsinə qəbul etmişdi. Polşa-Litva birləşmiş ordusunun Petro Doroşenko Qərbi Ukraynalılar üzərinə hücuma keçməsi ilə Osmanlı İmperatorluğu ordusu dərhal hərəkətə keçdi. IV Mehmed və Köprülü Fazıl Ahmet Paşa Ukrayna kazaklarının yardım istəməsi üzərinə, Polşa səfərinə çıxdılar. Ukrayna ərazisinə səfərə çıxan türk ordusu 200 min nəfər əsgərdən ibarət idi. Podolyanın mərkəzi olan Kamaniçeyə hərəkət edən Türk ordusu 18 avqust 1672-ci il tarixində Kamaniçe qalasını mühasirəyə aldı. Polşa –Litva ordusuna kömək üçün rus çarı və Avstriya əsgər göndərmişdi. Kamaniçe qalasında Avstriya və rus əsgərləri də vardı. Kırım xanının ordusu və Ukrayna kazakları türk ordusunun tərkibinə qatıldı. İki həftə sürən mühasirənin ardından 27 avqust 1672-ci ildə Kamaniçe təslim oldu. Kamaniçe bu gün Ukraynada Kamianets-Podilskyi şəhəri adlanır.Fransız Antoine Galland,Türklərin Kamaniçe qalasını qısa bir müddətdə aldıqdan sonra buranın Kamaniçe qalası olub olmadığı barədə tərəddüdə düşdüklərini yazmışdır.
Kamaniçe Səfəri adlandırılan səfərdə türk ordusu ard-arda qələbələr qazanır. Kırım xanının vastəçiliyi ilə Polşa sülh istəyir. Osmanlı-Leh (Polşa) Savaşının ardından 18 oktyabr 1672-ci il tarixində Bucaş Müqaviləsi imzalanmış, Podolya tamamən Osmanlı İmperatorluğunun olmuşdur. Bu müqavilə Osmanlı İmperatorluğunun torpaq qazandığı son müqavilədir. Bucaş Müqaviləsi ilə Avropada Osmanlı dövlətinin əraziləri daha da genişlənmişdi. Osmanlı dövləti müqavilə imzalanmamışdan öncə 2 sentyabr 1672-ci il tarixində buraya bəylərbəyi olaraq Köstəndilli Koca Halil Paşa təyin edilmiş və Koca Halil Paşa Podolya Əyalətini qurmuşdur.Yeni Osmanlı bəylərbəyliyi belə yaradılmışdı.Osmanlı Ukraynası belə qurulmuşdu.Əyalətdə yaşayan yerli xalq məmləkətlərini tərk etmişdir.Əyalətdəki bütün kilsələr camiyə (məscidə) çevrilmişdi.Ukrayna Osmanlı vassalı kazaklara buraxılmışdı.Polşa hər il Kırım xanına vergi ödədiyi kimi əlavə olaraq Osmanlı İmperatorluğuna peşkəş adı altında hər il 22 min altın vergi ödəməli idi. Polşa Məclisi Bucaş Müqaviləsinin peşkəş maddəsini qəbul etməməsi üzərinə dörd il sürən (1672-1676-cı illər) Osmanlı –Polşa Müharibəsi başladı. 27 oktyabr 1676-cı ildə Zaravno (Ukrayna) İzvança Müqaviləsi bağlandı.Ukrayna Osmanlı dövlətinin tabeliyinə verildi.Osmanlı dövləti Polşadan 22 min altın almaqdan imtina etdi. Köprülü Fazil Ahmet Paşa tərəfindən imzalanan Bucaş müqaviləsi eyniylə qəbul edildi. Kamaniçedən Yeniçeri olmaları üçün 800 uşaq alınmışdı.Osmanlı imperatorluğunun 5 böyük qarnizonundan biri də Kamaniçedə yerləşirdi.
Kamaniçe Bəylərbəyliyi 4 sancağa bölünürdü:
1.Kamaniçe Sancağı.
2.Mejibuji (Medjibojskiy) Sancağı.
3.Bar Sancağı.
4.Yazlofça (Yazloveskiy) Sancağı.
Podolyada sancaqlara bağlı 8 nahiyə vardı.
1673-cü ildə Polşa-Litva kralı III Jan Sobieski Kamaniçeyə hücum etmiş türklər tərəfindən məğlubiyyətə uğradılmışdı.1676-1681-ci illər arasındakı Osmanlı –Rus Müharibəsində ruslar Podolya Əyalətini işğal edə bilməmişdilər.Bu müharibə sonu imzalanan Bahçesaray Müqaviləsi ilə Podolya Əyaləti ruslara verilməmişdi. Kamaniçe qalasını mühasirəyə alan polyaklar Bəylərbəyi Kahraman Bəy tərəfindən məğlub edilmişdi. 26 yanvar 1699-cu il Karlofca Müqaviləsi ilə Sultan II Mustafa döyüşsüz, könüllü surətdə Podolya Əyalətini Polşa-Litva Birliyinə vermişdi. 5 sentyabr1699-cu ildən 22 sentyabr 1699-cu ilə qədər Osmanlı dövlətinin tərkibində olan Podolya Əyaləti II Mustafanın əmri ilə boşaldılmışdı. Podolya Bəylərbəyi Kahraman Bəy 22 sentyabr 1699-cu ildə bəylərbəylikdən çıxarılmışdı. 23 sentyabr 1699-ci ildə minlərlə türk- qadın və uşaqlar Kahraman bəyin başçılığı altında Podolya əyalətini tərk edib Hotin qala şəhərinə sığındılar. Podolyada yaşayan türklər sultanın əmri ilə köçə məcbur edilərək Podolyanı Kamaniçeni tərk etmişdi.
II Mustafanın (1695-1703) hakimiyyəti dövrü ilə ilə Osmanlı İmperatorluğu tənəzzül dövrünə qədəm qoydu. Böyük torpaq itkisinə məruz qaldı.Osmanlı dövləti Podolya bölgəsində bir çox iz buraxmışdır. Bu gün Kamianets-Podilskyi bölgəsində Osmanskiy soyadını daşıyanlar vardır. Kamaniçe qalası tarixi Polşa qalasıdır.1672-1699-cu illər arasında 27 il boyunca Osmanlı Türklərinin əlində qalmış,Osmanlı Dövlətinin Podolya Əyalətinin mərkəzi olmuşdur. Podolya (Kamaniçe) Əyalətinin Bəylərbəyləri Yönəticiləri:
1.Köstendili Koca Halil Paşa (1672-1675).
2.Arnavud (Alban) Uzun İbrahim Paşa (1675-1677).
3.Köstendili Koca Halil Paşa 2-ci dəfə (1677-1680).
4.Defterdar Ahmet Paşa (1680-1682).
5.Arnavud (Alban) Abdürrahim Abdi Paşa (1682-1685).
6.Tokatlı Mahmud Paşa 1684-cü ilin dekabr ayında cəmi bir ay bəylərbəyi olmuşdu.
7.Bıyıklı Silahdar Mustafa Paşa(1685-1686).
8.Bosnalı Sarı Hüseyn Paşa (1686-1688).
9.Yegen Ahmet (1688-1689).
10.Mustafa İbrahim oğlu Kahraman Bəy (1689-1699).
Podolya Əyaləti döyüşsüz Polşa-Litva birləşmiş dövlətinə təslim edildi. Right-Bank adlanan Qərbi Ukrayna ərazisi 1669-cu ildən Osmanlı dövlətinin vassalı idi.Osmanlı hakimiyyəti Ukraynalılar arasında milli dövlətçiliyin yaranmasına səbəb oldu.Qərbi Ukrayna əbədiyyən ruslar üçün əlçatmaz oldu.Podolya Osmanlı İmperatorluğunun Avropada fəth etdiyi sonuncu torpaq parçası idi.Qərbi Ukrayna Osmanlı türk mədəniyyətinin, idarəçiliyinin, ordu quruculuğunun güclü təsirinə məruz qaldı. Dnepr çayının sağ sahilində qalan bütün Ukrayna torpaqları Osmanlı dövlətinin vassalığına keçmişdi.Osmanlı hakimiyyəti Ukraynada milli dövlətçiliyin möhkəmlənməsinə kömək etdi.Ukraynalıların polyak və rus işğalından qorunmaq mübarizəsində əhəmiyyətli yer tutdu.Podolye Əyaləti kimi tanınan ərazi 1672-ci ildə Osmanlı İmperiyası tərəfindən fəth edilərək əyalət status qazanmış və 1699-cu ilə kimi Osmanlı hakimiyyətində qalmışdır.Əyalətin inzibati mərkəzi və mühüm strateji nöqtəsi Kamaniçe (Kamianets-Podilskyi) qalası olmuşdur.


MANŞET XƏBƏRLƏRİ