BƏƏ: Hörmüz boğazında iki tanker İran raketləri ilə vuruldu


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə Nazirliyi Hörmüz boğazının cənub dəhlizində BƏƏ-yə məxsus iki tankerin İranın qanadlı raketləri ilə hədəfə alındığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, nazirliyin sosial media hesabında yayılan məlumata görə, Omanın ərazi sularında yerləşən Hörmüz boğazının cənub dəhlizində "Mombasa" və "Əl-Bahia" tankerinə raket zərbələri endirilib.

Hücum nəticəsində "Mombasa" tankerində çalışan Hindistan vətəndaşı olan bir ekipaj üzvü həlak olub, səkkiz nəfər yaralanıb. Yaralılardan dördünün vəziyyətinin ağır olduğu bildirilib.

Məlumata əsasən, yaralıların altısı Hindistan, ikisi isə Ukrayna vətəndaşıdır.

Bəyanatda qeyd olunub ki, hücum nəticəsində hər iki gəmidə yanğın baş verib və maddi ziyan dəyib. Yanğınlar sonradan nəzarət altına alınıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ