ABŞ-ın nüfuzlu Foreign Affairs jurnalı hesab edir ki, Vaşinqton və Tehran arasında yenidən kəskinləşən qarşıdurmaya baxmayaraq, münaqişənin sülh yolu ilə həlli hələ də mümkündür.
Turkustan.az xəbər verir ki, nəşrin təhlilinə görə, diplomatik danışıqların dayanması və ABŞ ilə İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra gərginlik artsa da, tərəflərin heç biri həlledici üstünlük əldə edə bilməyib. Bu isə diplomatik həll imkanlarını tamamilə aradan qaldırmır.
Məqalədə vurğulanır ki, müharibənin iqtisadi və siyasi təsirləri qlobal miqyasda hiss olunmağa davam etsə də, həm Vaşinqtonda, həm də Tehranda bir sıra rəsmilər diplomatiyanı yeganə real çıxış yolu hesab edirlər.
Foreign Affairs qeyd edir ki, əvvəlki diplomatik cəhdlər nəticəsiz qalsa da, uzanan qarşıdurmanın yaratdığı siyasi və iqtisadi yük tərəfləri sonda kompromisə və yeni razılaşmaya sövq edə bilər.
Aytən Yaşar/ Turkustan.az