Özgür Özəl CHP-də seysmik dəyişiklik yaradacaq yeni bir addım atır


Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) davam edən liderlik mübahisəsi yeni hüquqi mərhələyə keçib.

Turkustan.az xəbər verir ki, Kamal Kılıçdaroğlunun məhkəmə qərarı ilə partiya sədri təyin edilməsindən sonra fövqəladə qurultayın keçirilməsi üçün toplanan imzalarla bağlı addım atılmaması Özgür Özəl tərəfdarlarını məhkəməyə müraciət etməyə vadar edib.

Türkiyə Böyük Millət Məclisində çıxış edən CHP-nin İstanbul millət vəkili Zeynel Emre bildirib ki, qanunla nəzərdə tutulan müddət başa çatdığı üçün sabah mülki məhkəməyə müraciət ediləcək.

Onun sözlərinə görə, müraciətin məqsədi partiyanı fövqəladə qurultaya aparacaq üç nəfərlik "çağırış komitəsi"nin yaradılmasına nail olmaqdır.

"Çağırış komitəsinin yeganə vəzifəsi partiyanı qurultaya aparmaq və qurultayın keçirilməsini təmin etməkdir. Ərizəmizi sabah təqdim edəcəyik", – deyə, Emre bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ