ABŞ Prezidenti Donald Tramp Mərkəzi Komandanlığın (CENTCOM) İrana qarşı ardıcıl üç gecə həyata keçirdiyi hava hücumlarının davam edə biləcəyinə işarə edib.
Turkustan.az xəbər verir ki, bununla yanaşı, o, diplomatik həll ehtimalını da istisna etməyib.
Tramp Oval Ofisdə keçirilən imza mərasimindən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, ABŞ İrana qarşı əməliyyatlarını davam etdirəcək.
"Bizim çoxlu sayda sursatımız var. İllərdir olmadığı qədər böyük ehtiyatımız mövcuddur. Onlara çox güclü zərbələr endiririk və bu davam edəcək", – deyə Tramp vurğulayıb.
ABŞ prezidenti eyni zamanda danışıqların tamamilə gündəmdən çıxmadığını qeyd edərək, "Düşünürəm ki, razılaşma hələ də mümkündür", - ifadəsini işlədib.
Aytən Yaşar/ Turkustan.az