Putin: Cavabımız daha güclü olacaq!


Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Rusiya ərazisinə hücumlarına sərt cavab veriləcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Putin: "Biz həmişə qisas alacağıq. Hücumlara eyni şəkildə cavab verəcəyik, lakin cavabımız daha da güclü olacaq. Düşmən bunu indi də hiss edir, gələcəkdə isə daha çox hiss edəcək", – deyə, bəyan edib.

Kremlin məlumatına görə, Putin bu fikirləri Moskvada Rusiya Xalq Cəbhəsi Hərəkatının təşkil etdiyi tədbir və sərgidə çıxışı zamanı səsləndirib.

Rusiya lideri çıxışında Qərbin ölkəsinə qarşı mübarizə apardığını iddia edərək, buna baxmayaraq Rusiyanın iqtisadiyyatını inkişaf etdirdiyini və ordusunu modernləşdirməyə davam etdiyini bildirib.

Putin Ukraynanın Rusiyanın neft emalı zavodları və yanacaq anbarlarına hücumlarına da toxunaraq, enerji sektorunun dayanıqlı olduğunu vurğulayıb.

"Onlar neft məhsulları ilə bağlı bizə müəyyən problemlər yaradırlar. Lakin hesab edirəm ki, zaman keçdikcə vəziyyət yaxşılaşacaq", – deyə Rusiya prezidenti bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ