Türk kanlı, İslam imanlı, Turan sevdalı, melek simalı, şerefli Azerbaycan hanımı…


Dr. Hayale Zerrabkızı gördüğü güzel işlerle Azerbaycanda sevildiği kadar da kardeş Türkiyede tanınan ve sevilen, ismi hayırseverliyin semboluna çevrilmiş, güzel işleriyle tüm Türk dünyasına şafak saçan, her addımını başucalığımız bildiğimiz, benzersiz kalem ve gönül adamı, kıymetli hanımefendi Huraman hanım Muradova hakkında yazdı.

"Qadın gülərsə, şu ıssız bəşəriyyət güləcək. Sürüklənən bəşəriyyət qadınla yüksələcək" - deyərək "Peyğəmbər" əsərində qadını "bəşəriyyətin xilaskarı" adlandırırdı Hüseyn Cavid.

Bəli, qadın olmaq sözün bütün mənalarında ən ali səadətdir. Bu səadət o zaman daha da ülviləşir və bütövləşir ki, dünyaya fərqli özünəməxsus baxışı olan, bütün mənəvi-əxlaqi, ruhani, irfani gözəllikləri özündə hifz edən Uca qadın olasan...

İnsanların həyatına, ömür yoluna nəzər salanda bəzən adama elə gəlir ki, sanki hamı eyni bir ömrü yaşayır. Sanki adamlar bir-birinin yaşamını təkrarlayır. Amma elə insanlar var ki, onların ömrü bənzərsiz bir təcrübə, əvəzsiz bir nümunə olur - insanlıq, fədakarlıq, zəhmətsevərlik, saflıq, səmimilik, şərəf və ləyaqət nümunəsi... Xuraman xanım İsmayıl qızı Muradova məhz o insanlardandır...

Açıklama yok.

Təkcə Azərbaycanımızın çiçəklənməsi yolunda deyil, bütün Türk dünyası miqyasında gördüyü bir-birindən gözəl işlərlə, atdığı bütün addımlarıyla ümummilli liderimiz, ulu öndər Heydər Əliyevin başladığı yola sədaqətini və mənəvi varisliyini zəhmətiylə ərsəyə gətirdiyi işlərlə sərgiləyən, ilk gənclik illərindən başlayaraq cəmiyyətimizin ictimai həyatında əlindən gələni böyük ürəklə, milli təəssübkeşlik hissi və yüksək zəhmətsevərliklə həyata keçirməsi Xuraman xanımın fədakar xarakterindən, mərdanəliyindən, yorulmaz əməyindən, zəhmətkeşliyindən, ləyaqətli vətəndaşlığından və ən əsası yüksək İnsanlığından xəbər verir.

Bu gün alnının təri, istirahətsiz ömrünün bəhrəsi və xəmiri halallıqdan yoğrulmuş əllərinin yorulmaz əməyiylə addım-addım ucalan Xuraman xanımın şərəfli ömrünün müdriklik zirvəsindən yaşadıqlarını kitab kimi vərəqlədikcə bu şərəfli ömür yolunun biz gənclər üçün və bütövlükdə cəmiyyətimiz üçün nə qədər dəyərli nümunə olduğunun şahidi oluruq – vicdan, ləyaqət, dürüstlük, sadəlik, səmimilik, təvazökarlıq, ailəcanlılıq, gözəl əxlaq, böyüyə hörmət, uşağa məhəbbət, dosta sədaqət, ziyalılıq və ən əsası İNSANLIQ nümunəsi…

Mustafa Kamal Atatürkün dilimin əzbəri olan gözəl bir sözü var: “Yer üzərində gördüyümüz bütün gözəlliklər Qadınların əsəridir.” Bəzən o qadınlar zəkası, zəhmətsevərliyi, biliyi, bacarığı ilə elə gözəl nəqş edirlər ki, bu dünyanı… Tanrı özü də xəlq etdiyi zər kimi insanların zərgər əməyinə heyran qalır…

Bəli, böyük Atatürkün söylədiyi kimi, Tanrı öz fitrətindən yaradıcı güc bəxş edib qadını yaradanda… Öz İşığı, zəngin dünyagörüşü, dərin biliyi, ağlı, zəkası, peşəsinə sədaqəti, insanlığı, xanımlığı, alicənablığı, kübarlığı, yüksək natiqlik qabiliyyəti, zəhmətkeş əlləri və işində son dərəcə peşəkarlığı ilə çalışdığı bütün kollektivlərdə böyük sevgi və inam qazanan, cəmiyyətimizdə yandırdığı İşıqla bütün Türk dünyasında Azərbaycan qadını adına həmişə bir ucalıq bəxş edib Xuraman xanım Muradova…

Adı da əməlləri kimi, gözəl çöhrəsi kimi işıq saçan, mələk qəlbli Xuraman xanımın əmək fəaliyyətini yaxından izlədikcə bu nur simalı xanımın ictimai həyatın və cəmiyyətimizin sosial-mədəni sferası üçün nəzərdə tutulan saysız-hesabsız layihələrin gerçəkləşməsi istiqamətində böyük ürəyini, fədakarlığını müşahidə etdikcə Azərbaycan qadınının bunca zəhmətsevərliyinə heyranlıqla həmişə qürur hissi keçirmişəm.

Açıklama yok.

Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır. Amma gənclik illərindən zəhmətə qatlaşmağı bacarmaq, kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur… Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Xuraman xanım Muradova məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, xalqı – milləti, məmləkəti üçün gözəl işlər görməkdən yorulmayan, şərəfli ömrünü fədakarlıqla cəmiyyətinin rifahına həsr edən böyük ürəkli vətəndaş ziyalıdır Xuraman xanım…

Seyran Səxavətin ustad sənətkarımız Rəmişə həsr olunmuş “Rəmiş” adlı maraqlı bir hekayəsi var: “Rəmiş bir ilahi möcüzədir. O, gitaraya – yadelli bir ispana Azərbaycan dilini öyrədən ilk müəllimdir. Rəmiş “Segah” çalır. Məni bağışlayın, onun necə çaldığını, nə cür istedad sahibi olduğunu yazmağa mənim kişiliyim çatmaz. Amma onun həyatı, sənəti ilə bağlı bəzi məqamlar var ki, onları yazmağa təpərim var” - deyir.

Nədənsə, Xuraman xanım haqqında yazmaq istəyəndə bu sözlər gəldi ağlıma. Xuraman xanımın özünə, sözünə, işıqlı əməllərinə layiq bir şəkildə danışmağa, yazmağa Seyran Səxavət demişkən, “kişiliyim çatmasa da”, vicdanı, mərd xarakteri, nurlu üzünə sirayət edən tərtəmiz daxili aləmi, örnək həyatı, insanlığı, zəngin mənəvi dünyası haqda yazmağa özümdə azca da olsa, təpər tapıram və ölkəmizin rifahı üçün rahatlıq tapmadan əmək sərgiləyən, hamının xoş günü üçün, doğması, yadı, yaxını, uzağı, evinin içi, qonşusu, qohumu fərq etməz, hamıya yaxşılıq etmək üçün yorulmadan çalışan, istənilən məqamda, istənilən situasiyada təəssübkeşliklə, böyük ürəklə, fədakarlıqla əlindən gələni əsirgəməyən bu Nur simalı, İşıqlı xanımın ünvanına bu yazımı yazmağın vacib olduğunu düşünürəm...

Bu həyatda istər yaxşı həkim olsun, istər yaxşı müəllim, hər bir peşə sahibinin mayəsində insanın şəxsiyyəti dayanır. Şəxsiyyətində, xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük iş ortaya qoya bilməz. Bu mənada, Xuraman xanım şəxsiyyəti ilə sözü bir-birini tamamlayan bütöv bir insandır. O, uzun illərdir ki, sözündə bütövlüyünü işində şəffaflığıyla, gözəl əməlləriylə sübuta yetirib...

Açıklama yok.

Dünyada yollar çoxdur. Bu yolların ən çətini, həm də ən şərəflisi insanların qəlbinə gedən yoldur. Əslində, vəzifələr, fəxri adlar, təltiflər, titular, ödüllər və bu kimi nəsnələrin hamısından ucada duran məqam: qəlblərə gedən yolu bulmaq, düşüncələrdə işıqlı üfüq aça bilməkdir. Zəkası, ziyası, dərin düşüncəsi, səmimiyyəti, peşəsinə sədaqəti, insanlığı, işində peşəkarlığı, gülər üzü və səmimiyyəti ilə ürəklərə gedən o yolu əməlləriylə fəth edən gözəl Xuraman xanımın təqdirəlayiq əməyini ayaqüstə alqışlayırıq...

Ömrün müdriklik zirvəsindən yaşananlara boylananda geridə işıqlı bir cığır açmağı, şərəfli bir yol salmağı adamın bərqərar olduğu məqamı bir az da ucaldır. Düşünürsən ki, bütün yorğunluqlara, çətinliklərə rəğmən alın açıqlığı ilə bu uzunluqda yol qət eləyə bilmişəmsə, demək ki, yaşamağa dəyər… Və bu gün o yolun enişini, yoxuşunu, çalasını, çökəyini, cəfasını, səfasını xatırlayanda vicdanın başının altındakı qu tükündən balış kimi Səni dinləndirir, ruhuna rahatlıq gətirirsə, demək ki, yaşananlara da dəyər.

Bu dünyada vicdanına qəlbən sadiqliyin, zəhmətkeş əllərin, gözəl əməllərin, səmimiyyətin, təmiz sözün, fədakar ürəyin və ən əsası gördüyün işlərdə şəffaflığın, dürüstlüyün qalxdığı və qaldırdığı məqamdan daha böyük Ucalıq yoxdu...Tanrı bu Ucalığı Xuraman xanım Muradovanın yaşadığı ömür kimi tərtəmiz alnına yazıb, həm də gözəl xətlə yazıb. Ucalığın mübarək, zərif çiyinləriylə böyük mənəvi sorumluluqları üstlənən və görəvini ən üst düzeydə ən gözəl şəkildə tamama erdirən sevgili Xuraman Xanım!

Açıklama yok.

Böyük Mirzə Ələkbər Sabir yazırdı ki: Həqiqi valideynin ən şərəfli bəzəyi ədəbli çocuqdur. Xuraman xanımın Azərbaycan mühitində qazandığı bütün statuslardan daha ucada dayanan bir adı var: Bütün addımlarıyla ailəsinə baş ucalığı gətirən ləyaqətli övlad olması... Ailəsini uca tutan və qorumağı bacaran insan mənim dünyamda dəyərli olduğu qədər həm də bütövlükdə dəyərdir... Xuraman xanım kimi İnsanlar sözün həqiqi mənasında, cəmiyyətimiz üçün bir dəyərdir... Mən Xuraman xanımı bu ürəkdə, bu qəlbdə yetişdirən, mayəsini halallıqdan yoğuran İsmayıl Atamızın uca ruhu qarşısında sayğıyla baş əyirəm, Əziz valideynlərə ulu Tanrıdan qəni-qəni rəhmət diləyirəm!

Bu qala bizim qala,

Həmişə bizim qala.

Tikmədim özüm qalam,

Tikdim ki, izim qala...

- sanki Sizin şəninizə söylənib bu nəğmə, dəyərlim Xuraman xanım! Ölkəmizin hər guşəsində xeyirxah əllərinizin işıqlı izi var. Yaxşılıqlara körpü salan əllərinizdən öpürəm!

Yaxşı ki varsınız, Xuraman xanım! Nə yaxşı ki Varsan! – deyə bildiyimiz adamlar bizə Allahın ən böyük ərməğanıdı...

Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir... Xuraman xanım Allahın ona verdiyi ömür payını – zamanını, bir saniyəsini belə boşuna xərcləmədən dəyərləndirir. Yorulmaq bilmədən ölkəmizin çiçəklənməsi, sosial-ictimai strukturun rifahı üçün əlindən gələndən daha çox əmək sərf edir...

Bu həyatda təkcə təmiz adını yox, əmək kitabçasının belə ləyaqətini qorumağı bacarmaq o qədər də asan iş deyil. Xuraman xanım Muradovanın şərəfli ömür yolu bizim hamımız üçün, bütövlükdə türk gəncliyi üçün dəyərli bir nümunədir.

Vicdanlı vətəndaş və ziyalı xanım olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü xalqı yolunda fəda edə bilməkdi,ki bunu da hamı bacarmır... Hər kəsin sevimlisi, sidq ürəklə sevdiyi və inandığı, ürəklərdə güvən qazanan İnsan olmaq statusunu da Tanrı hər adama nəsib etmir. Ürəyimizdə çox böyük ucalıqdasınız, Xuraman xanım!

Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: “təsəlli” sözü ilə. Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın və mühitin içində Sizin kimi vicdanlı, dürüst, zəhmətkeş, peşəsinə vurğun, dəyanətli, ailəcanlı, övladcanlı, ocağına, evinə bağlı, pak qəlbli, səmimi, gözəl əxlaqlı, böyük ürəkli, fədakar insanı tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur. Şərəfini, ləyaqətini, heysiyyətini, peşə vicdanını beş paraya dəyişənlərin meydan suladığı bir dünyanın tən ortasında Sizin kimi öz təmiz dünyasını, sadəliyini, səmimiyyətini özünün, sözünün, işinin, ailəsinin və adının paklığını – Tanrı əmanəti kimi qoruyan, düşüncələri, əməlləri ilə cəmiyyətimizə işıq salan bir İnsanın (sözün həqiqi mənasında – böyük hərflərlə İnsanın...) varlığını bilmək adama təsəlli olur. Düşünürsən ki, bu torpaq Xuraman xanım İsmayıl qızı Muradova ləyaqətdə ər qeyrətli qadını, belə qutsal və uca İnsanı yetirə bilibsə, demək ki, hələ sabaha və yaşamağa ümid qalır...

Nə mutlu bizə ki, gördüyü işlərdən, hətta sərgilədiyi duruşundan belə xanımlıq, xatunluq, əzəmət öyrəndiyimiz Xuraman xanım var həyatımızda... İnsanın daşıdığı ad sanki həm də onun dışına yansıyan iç dünyasıdır, daxili mahiyyətidir... Qurani-kərimdə də bu ada rast gəlirik - Xuraman - sözünün mənası ilahi rahatlıq, ilahinin bəxş etdiyi hüzur, əmin-amanlıq deməkdir… Bəli, həqiqətən də, ad insanın şəxsiyyət kimi formalaşmasında önəmli rol oynayan tale kodudur…

Gördüyü işlərlə bərabər həm də adı ilə, varlığı ilə mühitimizə ilahi hüzur, əmin-amanlıq bəxş edən üzü nurlu, əməlləri işıqlı Xuraman xanım! Ürəyimdən gəldiyi kimi qələmə aldığım bu kiçicik yazım Sizin şərəfli ömür yolunuzu və ədəbi yaradıcılığınızı özündə əhatə edən kitabımdan kiçicik bir ərməğan olsun Sizə! Ünvanınıza söylənən sözlər ana südü kimi halal haqqınızdır. Ulu Tanrı Sizin işığınızı bütün əzizlərinizə, bizə - sizi sevənlərə və bütün Türk dünyasına gözüdolusu, ürəkdolusu versin! Azərbaycan Qadınının əməyini dünyaya bəyan edən gözəl işlərinizdə bol-bol başarılar, ömrünüzə bərəkət, can sağlığı diləklərimlə!

Xəyalə Zərrabqızı

filologiya elmləri üzrə fəlsəfə doktoru


MANŞET XƏBƏRLƏRİ