İsrail mediası: Hökumət Qəzzanın şimalını ilhaq etməyə hazırlaşır


İsrailin "Haaretz" qəzetinin redaktoru Aluf Benn, Baş nazir Benyamin Netanyahu hökumətinin Qəzzanın şimalını ilhaq etməyə və bu bölgədə israillilər üçün məskunlaşma yerləri qurmağa hazırlaşdığını iddia edib.

Turkustan.az xəbər verir ki, Qəzetdəki məqaləsində Benn İsrailin Qəzza müharibəsinin ikinci mərhələsinə girdiyini bildirib və bu mərhələ üçün planlarını açıqlayıb.

Benn məqaləsinə aşağıdakı ifadələri daxil etdi:

"İsrail bu mərhələdə Qəzzanın şimalından Netzarim dəhlizinə (şimal və cənubu ayıran dəhliz) qədər bölgədə nəzarəti saxlamağa çalışacaq. Bu bölgə beynəlxalq müqavimət dərəcəsinə uyğun olaraq mərhələli şəkildə məskunlaşma və ilhaq üçün hazırlanacaq. Bu plan həyata keçərsə, İsrailin keçmiş Milli Təhlükəsizlik Şurasının "Sədri, istefada olan general Giora Eilandın təklif etdiyi kimi, Qəzzanın şimalında qalan fələstinlilər aclıq təhlükəsi altında və canlarını qorumaq adı altında oradan çıxarılacaq".

Benn qeyd edib ki, Netanyahu İsrail ərazisini genişləndirmək arzusundadır və bu baş verərsə, bu, onun üçün mütləq uğur olacaq.

Keçən həftə Netanyahunun orduya beynəlxalq təşkilatlar əvəzinə Qəzzada humanitar yardımların paylanması üçün hazırlıq təlimatı verdiyini xatırladan Benn, Baş Qərargah rəisi Herzi Halevinin bunun əsgərləri təhlükəyə atacağı və xərclərin yüksək olacağı səbəbiylə bu barədə tərəddüd etdiyini bildirdi.

Benn iddia edib ki, əgər İsrail yardım axınına nəzarət etsə, İsrail sağının anti-sionist layihə kimi gördüyü BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyini (UNRWA) birdəfəlik Qəzzadan çıxarmaq imkanı olacaq.

Netanyahunun Qəzzədəki əsirləri geri qaytarmaqdan vaz keçdiyini və onları Həmas tunellərində işgəncə və ölümə buraxdığını qeyd edən Benn bunun HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın işini dəyişmək olduğunu bildirib.

Benn, "Əsirlər İsraildən böyük bir cavab verəcək bir varlıq olmaq əvəzinə, fələstinlilər üçün bir yük olacaq və İsrailin müharibə və blokadaya davam etməsi üçün səbəb olacaq" dedi.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ