Mixail Saakaşvili əfv oluna bilər


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əfv oluna bilər.

Turkustan.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili danışıb. O bildirib ki, Salome Zurabişvili hazırda məhz Mixail Saakaşviliyə görə öz vəzifəsini qoruyub saxlayır:

“Təbii ki, kimisə əfv etmək prezidentin səlahiyyətindədir, lakin mən əminəm ki, dövlət başçısı öz səlahiyyətindən istifadə edib M. Saakaşvilini əfv edəcək”. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ