Bayden Ukrayna ilə bağlı konfrans üçün İsveçrəyə getməyi planlaşdırmır


ABŞ prezidenti Co Bayden Ukrayna ilə bağlı iyunun 15-16-da İsveçrədə keçiriləcək konfransda iştirak etməyəcək, belə ki, o, eyni vaxtda Kaliforniyada keçirilən kampaniya üçün ianə toplanmasına qatılacaq.

Turkustan.az xəbər verir ki, bir neçə G7 lideri (konfransa) qoşulmağı planlaşdırır, lakin nə Bayden, nə də vitse-prezident (ABŞ) Kamala Harris iştirak etməyi planlaşdırmır.

Baydenin köməkçisi Ceyk Sullivan daha əvvəl məlumat vermişdi ki, Birləşmiş Ştatlar qarşıdan gələn konfransa bütün gücü ilə hazırlaşır, lakin Amerika liderinin konfransda iştirakı barədə danışmağa hələ hazır deyil.

Agentlik qeyd edir ki, Bayden iyunun 15-də Los-Ancelesdə olmaq niyyətindədir və burada seçki kampaniyası üçün vəsait toplama tədbirinə ev sahibliyi edəcək.

Rusiya Ukrayna ilə bağlı Luzern yaxınlığında keçiriləcək konfransda iştirak etməyəcək. Sammitə 160 dövlətin lideri dəvət olunub. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bundan əvvəl bildirib ki, Rusiyasız belə bir tədbirin keçirilməsi heç bir məna kəsb etmir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ