Zelenski: "Əməliyyatlar davam edir"


Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin səlahiyyət müddətinin başa çatması xüsusi hərbi əməliyyata təsir etməyəcək.

Turkustan.az xəbər verir ki, martın 31-də keçirilməsi nəzərdə tutulan prezident seçkiləri Rusiya ilə müharibənin başlamasından sonra 24 fevral 2022-ci ildə elan edilən hərbi vəziyyətin davam etməsi səbəbindən ləğv edilib.

2019-cu ildə Ukraynada keçirilən prezident seçkilərində qalib gələn Zelenskinin 5 illik səlahiyyət müddəti bu gün başa çatır.

Kremlin sözçüsü Dmitri Peskov da mövzu ilə bağlı açıqlama verib. Ukrayna prezidenti Vladimir Zelenskinin səlahiyyət müddətinin başa çatmasının Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatına təsir edib-etməməsi ilə bağlı sualı cavablandıran Peskov “Xeyr, xüsusi hərbi əməliyyat davam edir” deyib.

Ukrayna ordusunun Rusiyanın bəzi şəhərlərinə hücumlar təşkil etdiyinə diqqət çəkən Peskov, bu səbəbdən Rusiya ordusunun Ukraynada təhlükəsizlik zonası yaratmağa davam etdiyini bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ