Türkiyədən Yunanıstana qeyri-qanuni keçməyə cəhd edən 10 şəxs sərhədçilər tərəfindən saxlanılıb.
Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
"Qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 10 nəfər sərhəd bölmələrimiz tərəfindən yaxalanıb. Tutulan şəxslərdən 5-nin FETÖ terror təşkilatı üzvü olduğu müəyyən edilib. Onlardan biri də terror təşkilatının lideri Fəthullah Gülənin qardaşı qızı Süməyyə Güləndir", - açıqlamada deyilib. (teleqraf.com)