Kreml sözçüsü Dmitri Peskov İsveçrənin “Weltwoche” qəzetinə verdiyi müsahibədə üçüncü dünya müharibəsinin mümkün başlanması ilə bağlı açıqlama verib.
Turkustan.az xarici mediaya istinadla xəbər verir ki, Peskovun sözlərinə görə, bu müharibəni Rusiya heç vaxt başlamayacaq.
"Biz öz təhlükəsizliyimiz üçün tədbirlər görəcəyik, amma heç vaxt üçüncü dünya müharibəsinə başlamayacağıq", - deyə Peskov bildirib.
O, həmçinin vurğulayıb ki, Ukraynada xüsusi hərbi əməliyyat başlamazdan əvvəl Rusiya öz təhlükəsizliyinə təhdid barədə danışıb, lakin heç kim qulaq asmayıb.
Daha əvvəl Kreml xüsusi hərbi əməliyyatın Qərb ölkələrinin müdaxiləsi səbəbindən "əsl müharibə”yə çevrildiyini bildirib. Peskov mövqeyini izah edərək bildirib ki, "bir tərəfdə Rusiya, digər tərəfdə isə Kiyev rejimi, bir sıra Avropa ölkələri və Ukraynaya milyonlarla ton silah verən ABŞ var".
D.Peskov onu da bildirib ki, Rusiya nüvə silahından yalnız mövcudluğu təhlükə altında qaldığı təqdirdə istifadə edəcək. /Musavat.com/