Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada keçirilən NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşü çərçivəsində təşkil olunan Müdafiə Sənayesi Forumunda çıxış edərək Ukraynanın alyans üçün strateji əhəmiyyətini vurğulayıb.
Turkustan.az xəbər verir ki, Zelenski Ukraynaya və ölkəsinin müdafiə sənayesinə göstərilən dəstəyə görə təşəkkür edib. O bildirib ki, Ukraynanın müasir müharibə şəraitində sınaqdan çıxmış müdafiə imkanları Avropanın ən güclü potensialları sırasındadır.
Prezident qeyd edib ki, müharibələrin xarakteri köklü şəkildə dəyişib və bu transformasiya Birinci Dünya müharibəsi dövründə baş verən dəyişikliklər qədər əhəmiyyətlidir. Onun sözlərinə görə, pilotsuz uçuş aparatları, uzaqmənzilli zərbə sistemləri və digər müasir texnologiyalar döyüş meydanını tamamilə yenidən formalaşdırıb.
Zelenski çıxışında NATO ilə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayaraq bildirib:
"Biz NATO-nun kollektiv müdafiəsinin bir hissəsi olmalıyıq. Bu, həm Ukraynanı, həm də bütün müttəfiqləri daha güclü edəcək".
Aytən Yaşar/ Turkustan.az