36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Görüşü üçün dünya liderləri Ankaraya gəlməyə davam edirlər.
Turkustan.az xəbər verir ki,ABŞ Prezidenti Donald Trampı daşıyan xüsusi təyyarə yerli vaxtla saat 13:50-də Ankara Hava Limanına eniş edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qonağını birbaşa təyyarənin qarşısında qarşılayıb. Salamlaşmadan sonra iki lider arasında baş tutan qısa və səmimi söhbət kameralara əks olunub.
Söhbət zamanı Tramp istifadə etdiyi təyyarəyə işarə edərək Ərdoğana: "Bu, təyyarənin ilk beynəlxalq uçuşudur. Tamamilə yeni təyyarədir", – deyib.
Təxminən 500 milyon dollar dəyərində olan Boeing 747-8 təyyarəsi Qətər tərəfindən ABŞ-a hədiyyə edilib və sonradan ABŞ Hərbi Hava Qüvvələri tərəfindən prezidentin istifadəsi üçün xüsusi şəkildə modernləşdirilərək "Uçan Ağ Ev" statusuna uyğunlaşdırılıb. Trampın Türkiyəyə səfəri həmin təyyarənin ilk beynəlxalq missiyalarından biri kimi tarixə düşüb.
Aytən Yaşar/ Turkustan.az