Estoniyanın Baş naziri Kristen Mixal NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşü üçün Ankaraya səfəri zamanı Türkiyə ilə münasibətlər və sammitin gündəliyi barədə açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Mixal Ankarada keçirilən NATO Zirvə Görüşünün müttəfiqlər arasında birlik və həmrəyliyin nümayişi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
"Ankara Zirvə Görüşü son dərəcə vacibdir. Bu sammit müttəfiqlərin birlikdə hərəkət etdiyinə dair güclü mesaj verir", – deyə Estoniya Baş naziri vurğulayıb.
Kristen Mixal Estoniyanın 2004-cü ildə NATO-ya üzv olduğunu xatırladaraq, həmin il Türkiyədə keçirilən zirvə görüşündə də iştirak etdiklərini qeyd edib.
O, sammitin əsas gündəm mövzuları sırasında müdafiə xərclərinin artırılması, Ukraynaya dəstəyin davam etdirilməsi və müdafiə sənayesinin gücləndirilməsinin yer aldığını bildirib.
Türkiyə ilə əməkdaşlığa da toxunan Mixal deyib:
"Ölkəmizin ölçüsünü nəzərə alsaq, Türkiyə üçün Skandinaviya və Baltikyanı ölkələr arasında ən yaxşı tərəfdaş bizik".
Aytən Yaşar/ Turkustan.az