Fazil Mustafadan Rafael Fiziyevə SƏRT TƏNQİD


“Azərbaycanın dünyəvi dövlət prinsipinin qorunması bizim elə unitar prinsipin qorunması qədər önəmli məsələdir. Son zamanlar xüsusilə bu zəmində cənubdan, qərbdən, azərbaycanlıların yaşadığı müxtəlif ölkələrdəki mühitdən çox mənfi istiqamətlərdə Azərbaycana təsiredici hücumlar olur”.

Turkustan.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bugünkü iclasında çıxışı zamanı deyib.

"Hətta Azərbaycanın özündə belə bu məsələnin qorunmasına həssaslığımız yetərincə deyil. Bu yaxınlarda qaydasız döyüş üzrə idman yarışı keçirilirdi, Azərbaycanı təmsil edən idmançı artıq "Uvertüra" və ya "Cəngi" sədaları altında yox, mərsiyə sədaları altında meydana çıxır. Qalib gələndən sonra da Azərbaycan bayrağı əvəzinə hansısa ölkələrdə populyar olan dini ideoloji şüarları səsləndirir. Biz də hamımız sakitcə bunu müşahidə edirik. Ona görə də biz qanunda məhz bu prinsipləri nəzərə almalıyıq" - deyə o bildirib.

Qeyd edək ki, Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirinin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gəlib.

Yüngül çəkidəki görüşdə R.Fiziyev rəqibinə qalib gəlib. Fiziyev döyüşə mərsiyə sədaları altında çıxıb./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ