Tramp üçün Ankarada xüsusi gülləkeçirməz otaq hazırlandı


36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Görüşü çərçivəsində dünya liderləri Ankaraya toplaşarkən, ABŞ Prezidenti Donald Tramp üçün görülən təhlükəsizlik tədbirləri xüsusi diqqət çəkib.

Turkustan.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edən Tramp 17 ildən sonra Türkiyəyə rəsmi səfər edən ilk ABŞ prezidenti olub. Onun qalacağı oteldə təhlükəsizlik hazırlıqları tam yekunlaşdırılıb.

Məlumata görə, Trampın yerləşəcəyi otaq xüsusi ballistik mühafizə ilə təchiz olunaraq gülləkeçirməz hala gətirilib. Bu tədbirin ABŞ prezidentinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə beynəlxalq mühafizə protokollarına uyğun şəkildə həyata keçirildiyi bildirilir.

Trampın qalacağı oteldə yüksək səviyyəli təhlükəsizlik! Ballistik mühafizə ilə təchiz olunmuş zirehli otaq hazırlanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ