Axios: İran iki ticarət gəmisini raketlə vurdu


ABŞ-da yerləşən "Axios" xəbər saytı iki ABŞ rəsmisinə istinadən İran ordusunun Hörmüz boğazından keçən iki ticarət gəmisinə raket hücumu etdiyini iddia edib.

Turkustan.az xəbər verir ki,Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları Agentliyinin (UKMTO) Omanın Limah sahillərində üzən tankerin şübhəli hücuma məruz qaldığını açıqlamasından sonra ABŞ-da yerləşən Axios xəbər saytı diqqətçəkən bir iddia irəli sürdü.

Axios-un adı açıqlanmayan iki ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, İran ordusu Hörmüz boğazından keçən iki ticarət gəmisinə raket hücumu edib. Rəsmilər hər iki gəmiyə ciddi ziyan dəydiyini, lakin xoşbəxtlikdən xəsarət alan və ya ölən olmadığını bildiriblər.

ABŞ-ın İrandakı hərbi hədəflərə qarşı cavab zərbələri endirə biləcəyi irəli sürülsə də, İran hakimiyyəti hələlik iddialarla bağlı rəsmi açıqlama verməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ