Yoldaşına icazə verilmədi, o da Ankaraya tək gəldi


İspaniyanın Baş naziri Pedro Sançez NATO Liderlərinin Zirvə Görüşündə iştirak etmək üçün Ankaraya gəlib.

Turkustan.az xəbər verir ki, onu hava limanında Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş və digər rəsmi şəxslər qarşılayıblar.

Sançez Türkiyəyə həyat yoldaşı Beqona Qomez olmadan səfər edib. Qomezin liderlərin həyat yoldaşları üçün nəzərdə tutulan rəsmi proqrama qatılması planlaşdırılsa da, barəsində aparılan istintaq səbəbindən məhkəmə onun ölkədən çıxışına icazə verməyib.

Beqona Qomez İspaniya tarixində pasportu müsadirə edilən ilk baş nazir həyat yoldaşı kimi diqqət çəkib. O, nüfuzdan sui-istifadə, biznes korrupsiyası, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə iddiaları ilə araşdırılır.

Hakim Xuan Karlos Peynado mümkün ölkədən qaçma riskinə qarşı tətbiq olunan tədbirlər çərçivəsində Qomezin pasportunun iyunun 24-də məhkəməyə təhvil verilməsinə qərar verib.

Qomez sonuncu dəfə iki ay əvvəl Baş nazir Sançezlə birlikdə Çinə səfər edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ