Almaniya kansleri NATO-da yeni hədəfi açıqladı


Almaniya kansleri Fridrix Merz Ankarada keçirilən NATO Liderlərinin Zirvə Toplantısı öncəsi müttəfiqlərə və beynəlxalq ictimaiyyətə "Avropa NATO-su qururuq" mesajı vermək istədiklərini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Almaniya hökumətinin sammit ərəfəsində yaydığı bəyanatda Merzin Ankara görüşünün NATO-nun Avropa sütununun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladığı bildirilib. Kansler həmçinin alyansın transatlantik xarakterini qoruyub saxlamasının vacibliyini qeyd edib.

Məlumata görə, Almaniya Fransa ilə birlikdə Avropanın NATO-ya verdiyi töhfəni artırmaq və müdafiə sahəsində daha böyük məsuliyyət götürmək niyyətindədir.

Almaniya mətbuatının yazdığına görə, Merz ABŞ Prezidenti Donald Trampla son görüşündə NATO üzvlərinin müdafiə xərcləri ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib. O, Trampın bəzi ölkələrin, xüsusilə Almaniyanın müdafiə büdcəsini "gülünc" adlandırmasına cavab olaraq həmin rəqəmlərin artıq köhnəldiyini və Almaniyanın müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırdığını vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ