Rumıniya Kəşfiyyat Xidməti (RSI) Ukrayna üçün sursat istehsal edən zavodun yandırılmasında iştirak edən təxribat şəbəkəsinin fəaliyyətini aşkarlayıb.
Turkustan.az xəbər verir ki, Xidmətin açıqlamasında "işin Rusiya tərəfindən koordinasiya edilən Avropada daha geniş bir təxribat əməliyyatının bir hissəsi olduğu" bildirilib.
Rumıniya Mütəşəkkil Cinayətkarlıq və Terrorizmlə Mübarizə İdarəsi (DIICOT) istintaq çərçivəsində Almaniyada iki belaruslunun saxlanıldığını və Polşada başqa bir şübhəlinin - Ukrayna vətəndaşının tapıldığını aydınlaşdırıb.
RSI hesabatında qeyd olunur ki, təxribatçılar 14 sentyabr 2026-cı ildə Brasov sənaye zonasında Romarm silah şirkətinin filialına edilən yanğın hücumunda iştirak ediblər: "İstintaq Aİ ölkələrində yaşayan bir sıra keçmiş Sovet respublikalarından olan vətəndaşların təxribatda iştirakını təsdiqləyib. Onlarda Rumıniyadakı bəzi obyektləri hədəf alan digər cəhdlərin, o cümlədən beynəlxalq hərbi komplekslərin və ya Ukrayna silahlı qüvvələrinin təlimi üçün istifadə edilən obyektlərin siyahısı aşkarlanıb”./Musavat.com