Aqil Camal Astanada Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təltif olunub


“Türküstan” Media Qrupunun baş redaktoru Aqil Camal Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin və Türk Mədəniyyəti və İrsi Fondunun dəvəti ilə ötən həftə qardaş ölkə Qazaxıstana səfərdə olub.

Baş redaktor Astanadakı Qazaxıstan Milli Akademik Kitabxanasında Türk dünyasının çoxəsrlik tarixinə və mədəni irsinə həsr olunmuş ikicildlik “Türküstan” ensiklopediyasının təqdimat mərasimində iştirak edib.

Təqdimat mərasimində Aqil Camal “Türk xalqlarının mədəni irsinin qorunması və təbliğindəki xidmətlərinə görə” təşəkkürnamə ilə təltif edilib. Təşəkkür təltifini A.Camala Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova təqdim edib.

“Türküstan”ın baş redaktoru təltifə görə təşəkkürünü bildirib.


MANŞET XƏBƏRLƏRİ