Hakan Fidan Ər-Riyadda keçirilən iclasa qatıldı


Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Baş Qərargah rəisi Səlcuq Bayraktaroğlu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən “Məkkə Sazişi üzrə Ortaq Müdafiə Strateji Siyasi və Müdafiə Komitəsinin iclası”na qatılıblar.

Turkustan.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mənbələrindən əldə edilən məlumata görə, toplantı Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində keçirilib.

İclasda sazişin institusionallaşdırılması, tərəflər arasında müdafiə əməkdaşlığının gücləndirilməsi və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Nazirlər Fidan və Gülər ​​Ər-Riyadda

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ