Rusiya Ermənistana qazı kəsir


Rusiya Ermənistana təbii qaz tədarükünü müvəqqəti dayandıracaq.

Turkustan.az xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” şirkəti məlumat yayıb.

Bildirilib ki, Rusiya ərazisində “Şimali Qafqaz–Zaqafqaz” magistral qaz kəmərində planlı profilaktik və təmir işlərinin kompleks şəkildə aparılması ilə əlaqədar sentyabrın 15-dən 25-dək bu kəmər vasitəsilə Ermənistana təbii qaz tədarükü müvəqqəti dayandırılacaq.

Şirkət qeyd edib ki, sözügedən müddətdə Ermənistanda istehlakçıların qaz təchizatı məhdudlaşdırılmayacaq.

“Bu dövrdə respublikada istehlakçıların qaz təchizatı daxili ehtiyatlar və İran İslam Respublikasından əlavə təbii qaz tədarükü hesabına həyata keçiriləcək”, - məlumatda deyilir./APA


MANŞET XƏBƏRLƏRİ