Zelenski: F-16-lardan reaktiv dronları vurmaq üçün istifadə edirik


Ukrayna Prezidenti Vladimir Zelenski F-16 qırıcılarından reaktiv dronların məhv edilməsi üçün istifadə olunduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Zelenski bu barədə Kanadaya səfəri zamanı televiziya kanalına açıqlamasında deyib.

“Biz F-16-larda müvafiq raketlərdən, o cümlədən AIM-9 və AIM-120-dən istifadə edərək reaktiv dronları vururuq. Bu, baha başa gəlir. Lakin bəzi hallarda reaktiv dronu məhv etmək üçün başqa vasitə olmadıqda insan həyatı daha vacib və daha qiymətli olur. Buna görə də bəzən F-16-lardan bu cür dronlara qarşı istifadə edilir”, - deyə, Zelenski bildirib.

Zelenski Kanadada olarkən Ukrayna və Kanadanın reaktiv dronlara qarşı istifadə ediləcək daha ucuz raketin birgə hazırlanması barədə məlumat aldığını da qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ