Türkiyə XİN Avropa Birliyinin Kiprlə bağlı mövqeyinə reaksiya verdi


Türkiyə Xarici İşlər Nazirliyi Avropa İttifaqı (Aİ) qurumlarının Kipr məsələsində neytrallıq və ədalət prinsiplərindən uzaqlaşdığını bildirib.

Turkustan.az xəbər verir ki, nazirlik Avropa Parlamentinin Qadın Hüquqları və Gender Bərabərliyi Komitəsinin Aİ-nin 2027-ci il büdcəsi ilə bağlı hazırladığı rəydə Cənubi Kiprdə Türkiyə Silahlı Qüvvələrinə qarşı iddiaları əks etdirən abidəyə vəsait ayrılmasının tövsiyə edilməsinə münasibət bildirib.

XİN-in açıqlamasında qeyd olunub ki, Aİ qurumlarının bu cür təşəbbüsləri dəstəkləməsi Kipr məsələsinin həllinə töhfə vermir, əksinə, icmalararası etimadı zəiflədir.

Nazirlik həmçinin Aİ qurumlarının Kipr məsələsində yunan tərəfinin mövqeyini dəstəkləməklə neytrallıq prinsipindən uzaqlaşdığını və bunun icmalar arasında etimadın daha da sarsılmasına səbəb olduğunu vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ