Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman regional sülh və sabitliyin qorunması üçün bölgədə artan gərginliyin azaldılmasının vacibliyini vurğulayıblar.
Turkustan.az xəbər verir ki, Misir Prezidentliyinin yaydığı açıqlamaya görə, Sisi Məhəmməd bin Salmanla telefon danışığı aparıb.
Danışıq zamanı regional və beynəlxalq proseslər müzakirə olunub. Tərəflər enerji təhlükəsizliyinə, təchizat zəncirlərinə, eləcə də regional və beynəlxalq ticarətə mümkün təsirləri nəzərə alaraq gərginliyin azaldılmasının vacibliyini qeyd ediblər.
Sisi Misir və Səudiyyə Ərəbistanının “ortaq taleyinə” diqqət çəkərək, iki ölkənin regionun qarşılaşdığı problemlərin həlli istiqamətində koordinasiyalı şəkildə fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az