Türk musiqisinin tanınmış simalarından İbrahim Tatlısəs yay tətilini keçirdiyi Çeşmədə görüntülənib.
Turkustan.az xəbər verir ki, İzmirin məşhur istirahət məkanlarından biri olan İlıcada bir məkanda vaxt keçirən sənətçi ətrafdakıların diqqətini çəkib. Tatlısəsi görən bəzi pərəstişkarları onunla söhbət etmək və foto çəkdirmək üçün yaxınlaşıb. Sənətçi isə göstərilən marağa biganə qalmayaraq pərəstişkarları ilə ünsiyyət qurub.
Görüntülərdə Tatlısəsin əvvəlki dövrlə müqayisədə daha arıq görünməsi diqqət çəkib. Onun üz cizgilərindəki dəyişiklik bəzi pərəstişkarlarının səhhəti ilə bağlı narahatlığına səbəb olub.
Çeşmədə çəkilən fotoların yayılmasından sonra sənətçinin sağlamlıq vəziyyəti ilə bağlı müxtəlif fikirlər səsləndirilsə də, Tatlısəs bununla bağlı hər hansı açıqlama verməyib.
Keçmişdə yaşadığı sağlamlıq problemlərinə baxmayaraq, sənətçi musiqi fəaliyyətini davam etdirir və zaman-zaman ictimaiyyət qarşısına çıxır. Onun Çeşmədəki son görüntüləri də pərəstişkarlarının diqqətindən yayınmayıb.

Aytən Yaşar/ Turkustan.az