Tramp bu dəfə Kanadanı hədəfə aldı


ABŞ Prezidenti Donald Tramp ABŞ və Kanada arasında yaşanan gərginliyə görə Kanadanın Baş naziri Mark Karnini günahlandırıb və ölkə iqtisadiyyatının çökə biləcəyini iddia edib.

Turkustan.az xəbər verir ki, Tramp sosial media hesabında paylaşdığı açıqlamada Kanadanın Baş naziri Mark Karnini sərt şəkildə tənqid edib. O, ABŞ ilə davam edən ticarət mübahisəsinin Kanada iqtisadiyyatına ciddi zərbə vura biləcəyini bildirib.

ABŞ prezidenti həmçinin onu “düşmən” elan edən kanadalı liderlərin “çox pis siyasi seçim” etdiyini və bunun nəticələrini görəcəklərini deyib.

Karni isə ABŞ-la tarif mübahisəsi ilə bağlı son açıqlamasında danışıqların “dalana dirənənə qədər” davam etdiyini bildirib. Bununla belə, Kanada baş naziri danışıqların yenidən bərpa olunması üçün qapının açıq saxlanıldığını vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ